3 dekabr tarixində “Azərlotereya” ASC-nin balansında olan iki nəqliyyat vasitəsi hərraca çıxarılacaq.
“Ekol” 12 avtomobilini 25% endirimlə təkrar hərraca çıxarır - SİYAHI, QİYMƏTLƏR
FED.az xəbər verir ki, satışa çıxarılan nəqliyyat vasitələrindən biri 2014-cü il istehsalı olan “Renault Dokker” markalı yük avtomobilidir.
Dövlət qeydiyyat nişanı 10 JV 207 olan avtomobilin ilkin satış qiyməti 9 400 manat, hərracda iştirak üçün tələb olunan 10%-lik beh isə 940 manat müəyyən edilib.
Hərraca çıxarılan digər nəqliyyat vasitəsi 2014-cü il istehsalı olan “Nissan Sunny” markalı minik avtomobilidir. Dövlət qeydiyyat nişanı 10 AN 576 olan avtomobilin ilkin satış qiyməti 11 800 manat, tələb olunan beh məbləği isə 1 180 manatdır.













