2026-cı ilin yanvar-sentyabr aylarında ölkədən 650,19 ton çay ixrac edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 18,9 faiz çoxdur.
FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin məlumatlarına görə, ixrac edilən çayın dəyəri 14,6 faiz artaraq 5 milyon 725,7 min dollar olub.
Xatırladaq ki, 2025-ci ilin yanvar-sentyabr aylarında isə Azərbaycandan 4 milyon 997,25 min dollar dəyərində yəni, 546,73 ton çay ixrac edilib. (Azərtac)
















