"Fermerlər öz məhsullarını yer pulu ödəmədən “Dövlət Aqrar Ticarət Şirkəti”nın təşkil edəcəyi yarmarkalarda sata bilərlər".
FED.az xəbər verir, bunu şirkətin direktoru Leyla Məmmədova bildirib.
Onun sözlərinə görə, "Kənddən Şəhərə" Novruz yarmarkası martın 2-dən etibarən Bakıda 4 ünvanda fəaliyyətə başlayacaqdır. Yarmarkalar həftə sonları və bayram ərəfəsində fəaliyyət göstərəcəkdir.
FERMERLƏRDƏN YER PULU ALINMAYACAQ
Leyla Məmmədova qeyd edib ki, yarmarkalar Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə keçirilir:
“Bizə müaraciət edən fermerlər yer pulu ödəmədən öz məhsullarını sata biləcəklər. Yer pulunun alınmaması qiymətlərin sərfəli olmasına zəmin yaradır. Çalışırıq ki, qiymətlər münasib olsun və insanlar bayram alış-verişlərini rahat etsinlər.Yarmarkalarda 200-dən artıq fermerin və qida məhsuları istehsalçılarının iştirakçıları gözlənilir”.
Eləcə də bax: 231 ailə birləşib yeni şirkət yaradıblar - AZƏRBAYCANDA İLK
©Marja