Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor”) avqustun 10-dan etibarən Azərbaycanın daha 8 müəssisəsinə Rusiyaya alma tədarük etməyə icazə verib.
Eləcə də bax: Rusiyadan pomidor idxalına yeni tələblər - CAVAB VERMƏYƏN GERİ QAYTARILACAQ
FED.az xəbər verir ki, qərar Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) ölkə ərazisində alma yetişdirən müəssisələrin fitosanitar monitorinqinin nəticələrinə dair məlumatlarının təhlili əsasında, habelə səlahiyyətli şəxslərin zəmanəti ilə verilib.
Rusiyaya alma ixrac etməyə icazə verilmiş şirkətlərin siyahısı “Rosselxoznadzor”un saytında dərc olunub.