"Hollandiya Azərbaycanda kənd təsərrüfatı sahəsində araşdırmalar aparmaq, o cümlədən model ferma yaradılması üçün 300 min avro ayırıb".
FED.az xəbər verir ki, bu barədə jurnalistlərə Hollandiyanın Azərbaycandakı səfiri Onno Kervers ölkəsinin milli bayramı - Kral Gününə həsr olunan mətbuat konfransında bildirib.
Eləcə də bax: Azərbaycanda parnik sahibləri 284,4 mln manat - GÜZƏŞTLİ KREDİT GÖTÜRÜBLƏR
Səfir deyib ki, bu addım Hollandiyanın Azərbaycanın kənd təsərrüfatı sektorunun inkişafına kömək etmək istəyi ilə bağlıdır.
"Bu ayın əvvəlində Azərbaycanda kənd təsərrüfatı sektorunda araşdırmalar aparılması, o cümlədən model fermanın yaradılması üçün 300 min avro ayırmışıq. Bu layihənin həyata keçirilməsində bizə Hollandiyanın tanınmış universitetlərindən biri də kömək edəcək. Bu, onu göstərir ki, Hollandiya Azərbaycan iqtisadiyyatının diversifikasiyasında maraqlıdır", - səfir diqqətə çatdırıb.