“Elektron kənd təsərrüfatı” informasiya sisteminin (EKTİS) strukturuna daxil olan altsistemlər vasitəsilə ailə kəndli təsərrüfatı üzvlərinə vəsiqələr təqdim ediləcək.
FED.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı fərmanla “Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”də edilən dəyişiklikdə əksini tapıb.
Müvafiq olaraq EKTİS-ə daxil edilən və ötürülən məlumatlar sırasına uçota alınmış ailə kəndli təsərrüfatı üzvlərinə vəsiqələrin təqdim edilməsi barədə məlumatlar da daxil edilib.