Çində tələbatın azalması fonunda Avropanın aparıcı lüks brendlərinin ümumi bazar kapitallaşması 2026-cı ildə 251 milyard avro azalıb.
Fransada talan edilən lüks brend məhsulları ucuz qiymətə satışa çıxardılar - VİDEO
FED.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.
Məlumata görə, geriləmə “Kering”, “Richemont”, “Prada”, “Moncler”, “LVMH” və “Hermès” şirkətlərini əhatə edib. Ən böyük itkilər “LVMH” və “Hermès” şirkətlərində qeydə alınıb. Onların bazar dəyəri müvafiq olaraq 131,6 milyard avro və 93,3 milyard avro azalıb.
Nəşr qeyd edir ki, uzun illər lüks məhsullar bazarının əsas artım mənbələrindən biri olan Çində daşınmaz əmlak bazarındakı durğunluq və fond bazarının zəif göstəriciləri istehlakçı tələbatına mənfi təsir göstərib. Son altı ayda ölkədə orta aylıq pərakəndə satış artımı 0,5 faizdən aşağı olub.














