“Bu ilin fevralın sonuna qədər 52 Dövlət Aqrar İnkişaf Mərkəzi (DAİM) elektronlaşdırılmış şəkildə fermerlərin ixtiyarına veriləcək”.
Bunu FED.az-a Kənd Təsərrüfatı Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vüqar Hüseynov bildirib.
O qeyd edib ki, bu günə qədər Dövlət Aqrar İnkişaf Mərkəzlərindən (DAİM) 5-i tam elektronlaşdırılmış şəkildə fermerlərə təqdim edilib: “Ölkədə Dövlət Aqrar İnkişaf Mərkəzlərinin hamısının inzibati binası var. DAİM-lərdə kənd təsərrüfatı sahəsi ilə bağlı elektonlaşdırılmış bütün xidmətlərdən yararlanmaq mümkündür. Belə ki, DAİM-lərdə 70-dən çox elektron xidmət göstərilir. Fevralın sonuna qədər ölkə üzrə bütün Dövlət Aqrar İnkişaf Mərkəzlərinin hamısı fermerlərin ixtiyarına veriləcək".