Xəbər verildiyi kimi, Azərbaycan ordusunun işğaldan azad etdiyi Şuşa şəhərində ilk çörək və şirniyyat müəssisəsi fəaliyyətə başlayıb.
FED.az xatırladır ki, istehsal sahəsi və mağazadan ibarət müəssisə işğaldan azad olunmuş Şuşa şəhərində fəaliyyətə başlamış ilk sahibkarlıq subyektidir.
Şuşadakı ilk mağazanın rəhbəri: «Əsgərlərimiz üçün hər şey pulsuzdur»
“Azcake” MMC-yə məxsus istesal sahəsinin və mağazanın açılmasına Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) dəstək verib. KOBİA-dan FED.az-a bildirilib ki, çörək və şirniyyat məhsullarının istehsalı üçün avadanlıqların alınması və müəssisənin qurulması üçün “Azcake” MMC-yə dövlət dəstəyi göstərilib.
Şuşa Məscidinin yaxınlığında yerləşən istehsal sahəsində gündəlik olaraq 8 min ədəd çörək və şirniyyat məhsulları istehsal edilir. Hazırda müəssisədə 6 nəfər işçi çalışır. Gələcəkdə müəssisə istehsal gücünü, məhsulların çeşidini və işçi sayını artıracaqdır. Burada istehsal olunan çörək və şirniyyat məhsulları zabit və əsgərlərimizə pulsuz olaraq verilir.