"MFX Trading İnvestisiya şirkəti” ASC-nin müraciətinə əsasən Bakı Fond Birjası 25 noyabr 2020-ci il tarixindən qeyd olunan investisiya şirkətini üzvlüyünə qəbul edib.
Birjadan FED.az-a bildirilib ki, beləliklə, Bakı Fond Birjasının üzvü olan investisiya şirkətlərinin sayı doqquza yüksəlmiş oldu.
Xatırladaq ki, “MFX-Trading İnvestisiya Şirkəti” ASC-ni “Muğan Bank” yaradıb.
“MFX-Trading İnvestisiya Şirkəti” QSC-nin 500 min manatlıq nizamnamə kapitalı hər birinin nomnal dəyəri 200 manat olan 2 500 ədəd səhm əsasında formalaşıb.