Azərbaycanın ən iri sığorta şirkətlərindən hesab olunan “Atəşgah" Sığorta Şirkətinin yığımları və ödənişləri artıb.
FED.az saytı Mərkəzi Bankın aylıq hesabatı əsasında apardığı hesabalamalara istinadən xəbər verir ki, sığorta şirkətinin cari ilin yanvar-noyabr ayları ərzində topladığı sığorta haqlarının həcmini 59,130 mln. manat təşkil edib.
Aparılmış hesablamalara əsasən məlum olub ki, son bir il ərzində şirkətin yığımlarında 20,013 mln. manat və ya 51% artım müşahidə olunub. 2023-ci ilin yanvar-noyabr aylarında şirkətin satış komandası 39,117 mln. manat sığorta haqqı toplayıb.
Onu da xüsusi ilə qeyd edək ki, cari ilin 11 ayının yekunlarına əsasən “Atəşgah" Sığorta Şirkəti yığımlarının həcminə görə, qeyri-həyat sığorta şirkətləri arasında ilk 3-lükdə, yığımların dinamikasına görə isə birinci yerdə qərarlaşıb.
Bundan başqa, sözügedən müddət ərzində sığorta şirkətinin ödənişlərində də artım qeydə alınıb. Belə ki, şirkət tərəfindən zərərçəkmiş müştərilərə 24,472 mln. manat həcmində sığorta ödənişi verilib ki, bu da son billə müqayisədə 9,170 mln. manat və ya 60% artım deməkdir.
“Atəşgah" Sığorta Şirkəti məcmu sığorta ödənişlərinin həcminə görə qeyri-həyat sığorta şirkətləri sırasında 2-ci, ödənişlərin illik dinamikasına görə isə 4-cü olub.
Hesabat dövründə “Atəşgah" Sığorta Şirkətinin ümumi portfeldə ödənişlərin yığımlara nisbəti 39% təşkil edib.
Etibarlılığın, sabitliyin və biznesdə şəffaflığın bir nümunəsi olaraq “Atəşgah” Sığorta şirkəti 27 ildən artıqdır ki, müştərilərinə yüksək keyfiyyətli xidmət göstərməklə müştərilərin və tərəfdaşların etibarını və hörmətini qazanıb.