Ötən ilin yanvar-noyabr aylarında "AtaSığorta" ASC-nin yığımları 9 milyon 514 min manat təşkil edib.
FED.az Mərkəzi Bankın hesabatı əsasında apardığı hesablamalara istinadən xəbər verir kİ, bu ötən ilin müvafiq dövrü ilə müqayisədə 569 min manat və ya 5% çoxdur.
2023-ci ilin yanvar-noyabr aylarında sığorta şirkətinin yığımları 8 milyon 945 min manat təşkil edib.
Hesabat dövründə şirkət sığorta hadisələri nəticəsində zərərçəkmiş müştəriləri də dəqqətdə saxlayıb. Belə ki, şirkət tərəfindən bu qəbildən olan müştərlərə ümumilikdə 3 milyon 967 min manat həcmində sığorta ödənişi verilmişdir ki, bu da əvəlki ilin yanvar-noyabr ayı ilə müqayisədə 1 milyon 71 min manat və ya 37% çox olub.
Sığorta ödənişləri qanunvericiliyin tələbinə uyğun olaraq gecikdirilmədən, opertaiv qaydada həyata keçirilib.
Qeyd edək ki, AtaSığorta ASC 2004-cü il iyul ayının 21-də rəsmi dövlət qeydiyyatından keçib və həmin ilin sentyabr ayının 3-dən etibarən tam lisenziyalı sığorta fəaliyyətini həyata keçirir.
Təsisçisinin (səhmdarı) AtaHolding MMC olduğu şirkətin ödənilmiş nizamnamə kapitalı 15 950 000 AZN təşkil edir.
Şirkət, fəaliyyətinin əsas prinsipi kimi fiziki və hüquqi şəxslər üçün effektiv sığorta layihələri hazırlayır və inkişaf etdirir. AtaSığorta, müştərilərinin bütün mümkün və sığortalana biləcək risklərinə maksimum təminat verir.
AtaSığorta şirkəti 30 növ : 26 könüllü və 4 icbari növlər üzrə sığorta xidmətləri təqdim edir. Şirkətin təqdim etdiyi əsas sığorta növləri arasında əmlak sığortası, nəqliyyat vasitələrinin sığortası, nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari və könüllü sığortası, sürücü və sərnişinlərin bədbəxt hadisələrdən sığortası, üçüncü şəxslər qarşısında mülki məsuliyyətin sığortası, yüklərin sığortası, inşaat sığortası, işəgötürənin məsuliyyətinin sığortası, tibbi sığorta, fərdi qəza sığortası, bank və bank fəaliyyətinin sığortası və s. vardır.
Şirkət, partnyorları və müştəriləri qarşısında götürdüyü öhdəliklərin yerinə yetirilməsindən, sahib olduğu sığorta xidmətləri portfelindən, əhəmiyyətli həcmdə sığorta rezervlərindən, praktiki iş təcrübəsi və peşəkar personaldan asılıdır.