2021-ci ilin yanvar-avqust ayları ərzində dövriyyələrin şəffaflaşdırılması istiqamətində aparılan işlər, vergi inzibatçılığının daha da təkmilləşdirilməsi, iqtisadiyyatın ayrı-ayrı sektorlarında müşahidə edilən bərpa templəri vergi və sosial sığorta daxilolmalarının artımına səbəb olub.
Eləcə də bax: Azərbaycanda artıq ödənilmiş vergi - BU ÜSULLA GERİ ALINACAQ
FED.az xəbər verir ki, Dövlət Vergi Xidmətindən bildirilib ki, cari ilin səkkiz ayında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 5 milyard 833,16 milyon manat vergi daxil olub, proqnoza 123,7 faiz əməl edilib.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 13,4 faiz və ya 690,1 milyon manat artıb. (Azərtac)