2024-cü ilin aprel ayının 1-nə respublika üzrə uçotda olan 1.537.952 vergi ödəyicisinin 87,3 faizi fiziki şəxslər, 12,7 faizi hüquqi şəxslər və digər təşkilatlar olub.
Vergi ödəyiciləri hansı yeni elektron qaimə-fakturanı təqdim etməlidirlər?
FED.az bu barədə İqtisadiyyat Nazirliyi yanında Vergi Xidmətinə istinadən xəbər verir.
Ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 7,5 faiz, o cümlədən fiziki şəxslərin sayı 7,4 faiz (ümumi artımın 86,5 faizi), hüquqi şəxslərin sayı isə 8 faiz (ümumi artımın 13,5 faizi) artıb. Vergi ödəyicilərinin ümumi sayında hüquqi şəxslərin xüsusi çəkisi 12,7 faiz olub. Kommersiya qurumlarının sayı 179.026 vahid təşkil edib və 2023-cü ilin müvafiq dövrünə nisbətən 8,7 faiz artıb.
2024-cü ilin yanvar – mart aylarında 2.825 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, bunun da 2.544-ü (90,1 faiz) yerli investisiyalı, 281-i (9,9 faiz) xarici investisiyalı qurumlardır. Dövlət qeydiyyatından keçmiş kommersiya qurumlarının 2.198-i (77,8 faizi) elektron qaydada, 627-si (19,3 faizi) kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb, onların 738-nin (ümumi qeydiyyatın 22,2 faizinin) ƏDV-nin məqsədləri üçün qeydiyyata alınması təmin edilib.
Yanvar – mart ayları ərzində qeydiyyatdan keçmiş yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi 86,8 faiz təşkil edib. Kommersiya qurumlarının 2.198-i elektron qaydada qeydiyyatdan keçib ki, onlardan 1.892-si Asan imza, 306-sı yeni üsul ilə edilmiş müraciətlər əsasında qeydə alınıb.
2024-cü ilin aprel ayının 1-nə dövlət qeydiyyatında olan kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 36.134 vahid təşkil edərək 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 14 faiz artıb. ƏDV ödəyicilərinin ümumi qeydiyyatda xüsusi çəkisi 31,5 faiz təşkil edib.