Türkiyənin Gəlirlər İdarəsinin (Gelir İdaresi Başkanlığı) açıqladığı siyahıya görə, Selçuk Bayraktar 2023-cü ildə gəlir vergisi üzrə rekordçu olub. Bayraktar hesablanmış 1,95 milyard Türkiyə Lirəsi (TL) gəlir vergisi ilə birinci olub.
Türkiyədə açılan Azərbaycan şirkətlərin - SAYI VƏ SƏRMAYƏSİ AZALDI
FED.az xəbər verir ki, Bayraktarın ardınca öz ailəsindən olan başqa bir iş adamı Haluk Bayraktar gəlir. Haluk Bayraktarın 2023-cü ildə hesablanmış vergisi 1,68 milyard TL olub.
İki Bayraktardan sonra 2023-cü ildə Rahmi Koç gəlir. Rahmi Koçun hesablanmış vergisi 480 milyon TL təşkil edib.
2023-cü ildə siyahıda adlarını açıqlamayan adların sayı diqqət çəkib. Yalnız 27 vergi ödəyicisi öz adlarının Gəlirlər İdarəsinin 100 nəfərlik siyahısında açıqlanmasına razılıq verib.
Mənfəət vergisində isə banklar ilk yerlərdədir. "Ziraat Bankası" 2023-cü il üçün hesablanmış 22,75 milyard TL vergi ilə birinci yerdədir. Növbəti yerlərdə 21,87 milyard TL ilə Garanti BBVA və 12,56 milyard TL ilə Akbank gəlir.
Real sektorda vergi rekordçusu 6,28 milyard TL ilə Mercedes-Benz Türk AŞ şirkəti olub. (Marja)