Türkiyənin məşhur holdinglərindən olan “Cengiz İnşaat Sanayii ve Ticaret Anonim” Şirkətinin Azərbaycandakı Filialı ötən il 104,3 milyon manat vergi ödəyib və ən çox vergi ödəyən yüz şirkət arasında 15-ci yeri tutub.
Təcili: Azərbaycanda ən çox vergi ödəyən - 100 ŞİRKƏT AÇIQLANDI – TAM SİYAHI
FED.az biznes və maliyyə xəbərləri portalı bu barədə Dövlət Vergi Xidmətinin 2025-ci ildə dövlət büdcəsinə ən çox vergi ödəyən və bu məlumatın ictimaiyyətə təqdim edilməsinə razılıq verən vergi ödəyicilərinin, həmçinin 2025-ci il üzrə dolayı vergilər (ƏDV, aksiz) istisna olmaqla hesablaması ən çox olan və bu barədə məlumatın açıqlanmasına razılıq verən 100 vergi ödəyicilərinin siyahısını istinadən xəbər verir.
Məlumata görə, şirkətin ödədiyi verginin həcmi 2024-cü illə müqayisədə 52,6 milyon manat və ya 2 dəfədən çox artıb.
Belə ki, 2024-cü ildə şirkət 51,7 milyon manat vergi ödəmişdi və ən çox vergi ödəyən yüz şirkət arasında 25-ci yeri tutmuşdu.













