Türkiyədə bir sıra mallar, o cümlədən şəxsi qulluq məhsulları və tibbi avadanlıqlar üzrə əlavə dəyər vergisi (ƏDV) azaldılacaq.
Eləcə də bax: Ukraynada ƏDV və gəlir vergisi - OLMAYACAQ
FED.az xəbər verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Biz yuyucu vasitələr, sabunlar, tualet kağızı, salfetlər və uşaq bezləri kimi malların ƏDV-ni 18%-dən 8%-ə endirmək qərarına gəldik", - deyə R.T.Ərdoğan qeyd edib.
Türkiyə prezidenti həmçinin bildirib ki, tibbi avadanlıqlara görə ƏDV 18 faizdən 8 faizə endiriləcək. Yaxtaların, qayıqların və kruiz gəmilərinin satışında ƏDV dərəcəsi 1 faizdən 18 faizə qaldırıldı. R.T.Ərdoğan onu da bildirib ki, bütün iaşə xidmətləri üçün ƏDV dərəcəsi 18 faizdən 8 faizə endirilib. (Trend)