2023-cü ildə Azərbaycanda hüquqi şəxslərin mənfəət (gəlir) vergisi üzrə daxilolmalar 7 milyard 478,1 milyon manat proqnoza qarşı icra 8 milyard 24,3 milyon manat (546,2 milyon manat və yaxud 7,3 % çox), 2022-ci il müqayisədə isə 498,2 milyon manat və yaxud 5,8 % az icra olunub.
Azərbaycanda bu şəxslər müvəqqəti - VERGİDƏN AZAD EDİLƏCƏK
FED.az xəbər verir ki, bu barədə "2023-cü il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsində bildirilir.
Məlumata görə, bu tədiyyə növü üzrə daxil olan vəsaitin 38,3 %-i və yaxud 3 milyard 73,3 milyon manat qeyri-neft sektorunun, 61,7 %-i və yaxud 4 milyard 851 milyon manatı neft sektorunun payına düşüb.
XXX
Azərbaycanda fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalar 13 % artıb
2023-cü ildə Azərbaycanda fiziki şəxslərin gəlir vergisi üzrə daxilolmalar 1 milyard 700 milyon manat proqnoza qarşı 1 milyard 659,6 milyon manat (40,4 milyon manat və yaxud 2,4 % az), 2022-ci illə müqayisədə isə 185,2 milyon manat və yaxud 12,6 % çox icra olunub.
Məlumata görə, proqnozun tam icra olunmaması digər tədiyyə növləri üzrə artıq ödənilmiş vergilərin fiziki şəxslərin gəlir vergisi ilə əvəzləşdirilməsi ilə əlaqədardır.
İllik müqayisədə artıma səbəb isə ölkədə orta aylıq nominal əməkhaqqının 11,2 % artaraq 934 manat olması, əməkhaqqı fondunun isə 2 milyard 877,4 milyon manat və yaxud 15,5 % artmasıdır.