2025-ci ilin yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirləri 19803,8 milyon manat, xərcləri 17095,6 milyon manat təşkil etmiş, büdcənin icrasında yaranmış 2708,2 milyon manatlıq profisit ümumi daxili məhsulun 4,4 faizinə bərabər olmuşdur.
FED.az bunu Dövlət Statistika Komitəsinin təqdim etdiyi göstəricilərə istinad edir.
Azərbaycanda hüquqi şəxslər 2025-ci ilin ilk altı ayında gəlirlərindən dövlətə 3 mlrd. 977 milyon manat vergi ödəyiblər. 2024-cü ilin ilk 6 ayında isə hüquqi şəxslər dövlətə 3 mlrd. 826 milyon manatlıq mənfəət vergisi ödəyiblər. Bu illik müqayisədə 151 milyon manat və ya 18.3% çoxdur.
Daxilolmaların 20,1 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 22,5 faizi əlavə dəyər vergisi, 5,0 faizi fiziki şəxslərin gəlir vergisi, 4,6 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 3,9 faizi aksizlər, 1,0 faizi sadələşdirilmiş vergi, 1,5 faizi vergilərin digər növləri, 41,4 faizi isə vergi olmayan gəlirlər hesabına təmin edilib.