Qeyri-neft-qaz özəl sektorda əmək haqlarının tədricən, mərhələli şəkildə vergiyə cəlb edilməsinə dair təklif verilib.
Azər Əmiraslanov: "Büdcə daxilolmaları vergi yükünü artırmaq hesabına təmin edilsəydi, nə üçün bu göstərici cəmi 0,7 % artırılırdı?"
FED.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının 2026-cı il dövlət büdcəsi haqqında” qanun layihəsinin müzakirəsi iqtisadiyyat naziri Mikayıl Cabbarov 2026-cı ilin büdcə zərfinin müzakirəsində deyib
Nazir bildirib ki, 1 yanvar 2019-cu il ilə müqayisədə 1 noyabr 2025-ci il tarixinə ölkədə aktiv vergi ödəyicilərinin sayı 2 dəfə artaraq 845 mini ötüb: “Aşağı gəlirlərə aşağı vergi dərəcəsi tətbiq olunacaq. Qeyri-neft-qaz özəl sektorda əmək haqlarının tədricən, mərhələli şəkildə vergiyə cəlb edilməsinə dair təklif verilib. Belə ki, 2500 manatadək əmək haqları 2028-ci ildə hətta 7% dərəcə ilə vergiyə cəlb olunsa belə, bu güzəştin tamamilə ləğv olunduğu təqdirdə tətbiq olunmalı 14% dərəcə ilə müqayisədə yenə də iki dəfə aşağıdır”. (Apa)










