Bu ilin yanvar ayında Naxçıvan Muxtar Respublikasında yeni nəsil nəzarət-kassa aparatları vasitəsilə qeydə alınan dövriyyə 28,6 milyon manatdan artıq olub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 23 milyon manat və yaxud 5,1 dəfə çoxdur.
Mikro sahibkarlar üzrə vergi güzəşti ləğv edilir - 20 FAİZ VERGİ ÖDƏNİLƏCƏK
FED.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətindən bildirilib.
Məlumata görə, bu il fevralın 1-nə qədər Naxçıvanda 2 940 yeni nəsil nəzarət-kassa aparatı quraşdırılıb.
Bundan başqa, yanvarın sonuna qədər “ƏDV geri al” layihəsi çərçivəsində istehlakçılara 987,6 min manatdan çox, təkcə yanvar ayında isə 130,4 min manat ƏDV məbləği geri qaytarılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə yanvar ayında istehlakçılara qaytarılan məbləğ 6,2 dəfə artıb.