Naxçıvanda qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2 dəfə artıb
Naxçıvanda vergi ödəyicilərinə verilən Asan İmza sayı - 4,4 DƏFƏ ARTIB
2023-cü ilin yanvar-sentyabr ayları ərzində Naxçıvan Muxtar Respublikasında 4 340 yeni vergi ödəyicisi qeydiyyata alınıb.
FED.az xəbər verir ki, bunların 89,6 faizi fiziki, 10,4 faizi hüquqi şəxslər və digər təşkilatlar olub. Ötən ilin eyni dövrü ilə müqayisədə qeydiyyata alınmış vergi ödəyicilərinin sayı 2 dəfə, o cümlədən fiziki şəxslərin sayı 1,8 dəfə, hüquqi şəxslərin sayı isə 32 dəfə artıb.
Yanvar-sentyabr aylarında kommersiya qurumlarının 64 faizi elektron qaydada, 36 faizi isə kağız daşıyıcılar vasitəsilə müraciətlər əsasında uçota alınıb.
Naxçıvanda vergi daxilolmaları 35 faiz artıb
Naxçıvan Muxtar Respublikasında vergi daxilolmalarında müsbət dinamika davam edir. 2023-cü ilin 9 ayında MR Dövlət Vergi Xidmətinin xətti ilə büdcəyə 120,6 milyon manatdan çox vergi daxil olub ki, bu da ötən ilin eyni dövrünə nisbətən 35 faiz və ya 31 milyon manat çoxdur. Naxçıvan MR DVX-də qeydiyyatda olan vergi ödəyiciləri üzrə vergi daxilolmaları ötən ilin müvafiq dövrü ilə müqayisədə 42 faiz və ya 35 milyon manat artıb.