Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin 3 saylı və 4 saylı Ərazi Vergi İdarələrinin fəaliyyət dairəsinə daxil olan sahibkarlıq subyektlərinin nümayəndələri ilə görüş keçirilib.
Hökumət Naxçıvanı «TaxFree» zonaya çevirir – BÜTÜN VERGİLƏR LƏĞV EDİLDİ
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, görüşdə mikro və kiçik sahibkarlar iştirak ediblər.
Tədbirdə qanunvericiliyə edilmiş dəyişikliklər, Naxçıvan Muxtar Respublikasında tətbiq olunan vergi və sosial sığorta güzəştlər və onlardan yararlanma mexanizmləri barədə ətraflı məlumat verilib. Bildirilib ki, vergi güzəştlərinin tətbiqində əsas məqsəd istehsal, emal və hasilat sektorlarının regionda sürətlə formalaşmasına və investisiya cəlbediciliyinin artırılmasına nail olmaqdır. Güzəştlərin yalnız muxtar respublikanın rezidentlərinə tətbiq edildiyi də iştirakçıların diqqətinə çatdırılıb.
Görüşdə iştirakçıların sualları cavablandırılıb, praktiki izahlar verilib.














