Banner
Banner
Fed.az
Banner
  • Son Xəbərlər
  • Maliyyə
    • Bank
    • Qeyri-Bank
    • Sığorta
    • Birja
    • Renkinqlər
    • Təlimlər
  • Biznes
    • İnvestisiya
    • İnşaat və əmlak
    • Turizm
    • Avto
    • Tenderlər
    • Biznes təkliflər
    • Vergilər
    • Gömrük
  • İqtisadiyyat
    • Sənaye
    • Energetika
    • Aqrar
    • Nəqliyyat
    • Makro
    • Dövlət
    • İKT
  • Sosial
    • Hadisə
    • Təhsil və elm
    • Sağlamlıq
    • Sosial
    • İdman
    • Ekologiya
  • Maraqlı
    • Ləzzətli yol xəritəsi
    • Style
    • Status
    • Startaplar
    • Vakansiyalar
    • Məhkəmələr
  • Regionlar
    • Abşeron iqtisadi rayonu
    • Aran iqtisadi rayonu
    • Dağlıq Şirvan iqtisadi rayonu
    • Gəncə-Qazax iqtisadi rayonu
    • Quba-Xaçmaz iqtisadi rayonu
    • Lənkəran iqtisadi rayonu
    • Şəki-Zaqatala iqtisadi rayonu
    • Yuxarı Qarabağ iqtisadi rayonu
    • Kəlbəcər-Laçın iqtisadi rayonu
    • Naxçıvan iqtisadi rayonu
  • Əmlak
    • Mənzil və villalar
    • Kommersiya obyektləri
    • Torpaq sahələri
    • Turizm obyektləri
  • Digər
    • Statistika
    • Hesabatlar
    • Hüquq
    • Biznes tarixi
    • Kitabxana
    • Ağılı sərmayə
    • Qarabağ
    • Boya istehsalçıları
    • Mebel istehsalçıları
  • Az
    • Az
    • Ru
Banner
Banner

Vergilər

  1. Ana səhifə
  2. Vergilər
  1. Vergilər

MMC-lərin məcburi auditdən keçməsi nəyə görə zəruridir? - QANUNUN TƏLƏBİ

MMC-lərin məcburi auditdən keçməsi nəyə görə zəruridir? -  QANUNUN TƏLƏBİ | FED.az
14:24 2 Fev 2023

Sahibkarlıq subyektlərinin öz işlərini düzgün qura bilməsində auditin xüsusi rolu var.

Azərbaycanda auditor xidmətlərinin göstərilməsi üçün minimum qiymətlər – MÜƏYYƏN EDİLDİ - MƏBLƏĞLƏR

FED.az xəbər verir ki, mövzunu "A Audit and Consulting” MMC-nin direktoru, auditor Rüfət Əliyev şərh edir.

Audit - əmtəə istehsalı və satışı, xidmət göstərilməsi və iş görülməsi ilə məşğul olan təsərrüfat subyektlərində mühasibat uçotunun dəqiq və dürüst aparılmasının və maliyyə hesabatlarının müstəqil yoxlanılmasıdır. Audit yoxlaması məcburi və ya könüllü (təsərrüfat subyektinin öz təşəbbüsü ilə) ola bilər.

“Auditor xidməti haqqında” Qanunun 2-ci maddəsinə görə, öz maliyyə hesabatlarını dərc etdirməli olan təsərrüfat subyektləri üçün, habelə qanunla bilavasitə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan audit məcburi, digər hallarda isə könüllüdür.

İcbari auditin təsərrüfat subyektləri səhmdar cəmiyyətlər, bir çox ictimai əhəmiyyətli qurumlar və s. olsa da, bu yazıda hədəf auditoriyamız məhdud məsuliyyətli cəmiyyətlərdir.

Mülki Məcəlləsinin 91.4 - cü maddəsinə əsasən, məhdud məsuliyyətli cəmiyyət (mikro və kiçik sahibkarlıq subyektləri istisna olmaqla) illik maliyyə hesabatlarının düzgünlüyünü yoxlatmaq üçün hər il müstəqil auditor cəlb etməlidir, başqa sözlə, kənar audit keçirməlidir.

"Mikro, kiçik, orta və iri sahibkarlıq subyektlərinin bölgüsü meyarları"nın təsdiq edilməsi haqqında Nazirlər Kabinetinin qərarı ilə meyarlar aşağıdakı kimi təsnifləşdirilib:

Sahibkarlıq subyektlərinin ölçüsünə görə kateqoriyaları

İşçilərinin orta siyahı sayı

(nəfər)

İllik gəliri (ig)

(min manat)

Mikro sahibkar

1 - 10

ig ≤ 200

Kiçik sahibkar

11 - 50

200 < ig ≤ 3.000

Orta sahibkar

51 - 250

3.000 < ig ≤ 30.000

İri sahibkar

251 və ondan yuxarı

30.000 < ig

Cədvəldən göründüyü kimi, işçilərinin sayı 50 nəfərdən, illik gəlirləri (və ya xərcləri) 3 milyon manatdan çox olan istənilən MMC icbari olaraq kənar audit yoxlamasından keçməlidir. Əks təqdirdə İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsinə əsasən, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə:

- vəzifəli şəxslər 300 manatdan 600 manatadək;

- hüquqi şəxslər 1.500 manatdan 2.500 manatadək məbləğdə cərimə edilir.

Auditorlar Palatası Şurasının 3 oktyabr 2022-ci il tarixli 348/1 nömrəli “Azərbaycan Respublikasının ərazisində göstərilən auditor xidmətlərinin dəyərinin minimum hədləri” barədə qərarına qədər ölkə ərazisində aparılan auditor xidmətləri şuranın 2019-cu il 28 dekabr tarixli 316/6 nömrəli qərarı ilə tənzimlənirdi. Burada əsas diqqət olunan məqam əvvəllər qərarın adındakı “tövsiyə olunan” ifadəsinin son dəyişiklikdə çıxarılmasıdır. Belə ki, sərbəst auditorlar və ya auditor təşkilatları əvvəlki illərdə müştəri ilə müqavilə bağladıqda “tövsiyə olunan” ibarəsinə əsasən müştərilərə xidmət müqabilində minimum həddə göstəriləndən nisbətən aşağı məbləğdə qiymət təklif edə bilərdisə, artıq bu kimi hallar yolverilməzdir. Dəyişikliyə əsasən, audit bazarının qiyməti, demək olar ki, vahid tarif ilə nizamlanır. Çünki hər hansı auditor öz müştərisinə minimum həddən aşağı qiymət təklif edərsə, həmin icraçıya qarşı Azərbaycan Respublikasının Auditorlar Palatası Şurasının 2022-ci il 19 oktyabr tarixli 349/1 nömrəli qərarı ilə təsdiq edilmiş “Auditor xidməti zamanı icra intizamının pozulmasına görə intizam məsuliyyəti və onun tətbiqi haqqında Əsasnamə”də nəzərdə tutulan intizam tədbirləri tətbiq edilir. Bundan əlavə, əvvəllər dövriyyəsi bir milyon manatdan yuxarı olan, hətta 8 rəqəmli dövriyyəli şirkətlər üçün tövsiyə olunan minimum audit məbləği 9.000 manat təşkil etdiyi halda, son dəyişiklikdə bu məbləğlər fərqlidir.

Misal 1: Tutaq ki, “AA” və “BB” şirkətlərinin müvafiq olaraq 3 milyon və 15 milyon manat dövriyyələri olub. Hazırkı qiymət cədvəli ilə təyin olunan minimum audit məbləği “AA” şirkəti üçün 6.000 manat, “BB” şirkəti üçün isə 15.500 manat olacaq.

Çox təəssüf ki, bəzi şirkət rəhbərləri audit yoxlamasından keçmək əvəzinə, cərimə məbləğinin nisbətən azlığından sui-istifadə edib cərimə ödəməyə üstünlük verirlər. Həmin sahibkarların nəzərinə çatdırmaq istəyirik ki, İnzibati Xətalar Məcəlləsinin 9.2-ci bəndinə görə, uzanan inzibati xətaya görə şəxs inzibati məsuliyyətə cəlb olunduqdan sonra bu xətanı törətməkdə davam edirsə, inzibati məsuliyyətə cəlb olunur. Bu müddəaya əsasən, müəssisə kənar auditor yoxlamasından keçirilməyən il ərzində bir neçə dəfə cərimə oluna bilər.

Misal 2: “AB” şirkəti 2021-ci ilin maliyyə hesabatlarını 2022-ci ildə kənar auditor yoxlamasından keçirmədiyi üçün 2023-cü ilin yanvar ayında məhkəmə qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 464-cü maddəsi ilə cərimə olunub. İnzibati xətanın tətbiq müddətinin bir il olduğunu nəzərə alsaq, bu o deməkdir ki, əgər “AB” şirkəti ilk dəfə cərimə olunduqdan sonra da kənar auditor yoxlamasından keçməzsə, 2023-cü il ərzində bir neçə dəfə yenidən cərimələnə bilər. Təcrübədə kiminsə başına bu hal hələ gəlməyibsə, gəlməyəcək demək deyil!

Sahibkarlar yoxlamalarını peşəkar auditorlara həvalə edərsə, bu onların özü üçün də, şirkət üçün də faydalı olar. (vergiler.az)

Banner
Banner
  • MMC
  • sahibkar
  • məcburi
  • audit
  • A Audit and Consulting
  • auditor
  • Rüfət Əliyev
Paylaş

Digər xəbərlər

“ƏDV geri al” layihəsi çərçivəsində vətəndaşlara - 400 Milyon Manat Qaytarılıb
Vergilər 18 Mart 2023
“ƏDV geri al” layihəsi çərçivəsində vətəndaşlara - 400 Milyon Manat Qaytarılıb
Vergi Xidməti sahibkarlara - XƏBƏRDARLIQ EDİB
Vergilər 16 Mart 2023
Vergi Xidməti sahibkarlara - XƏBƏRDARLIQ EDİB
Azərbaycanda şirkətlərin sayı - 10 Faizə Yaxın Artıb
Vergilər 16 Mart 2023
Azərbaycanda şirkətlərin sayı - 10 Faizə Yaxın Artıb
Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı - 5% ARTIB
Vergilər 16 Mart 2023
Azərbaycanda aktiv vergi ödəyicilərinin sayı - 5% ARTIB
Yeni Rəqabət Məcəlləsində hansı üstünlüklər var? –  AÇIQLAMA
Vergilər 16 Mart 2023
Yeni Rəqabət Məcəlləsində hansı üstünlüklər var? – AÇIQLAMA
İstehlakçılar aldığı malda qüsur aşkar etdikdə - Hansı Hüquqlara Malikdir?
Vergilər 15 Mart 2023
İstehlakçılar aldığı malda qüsur aşkar etdikdə - Hansı Hüquqlara Malikdir?
Bir neçə gəliri olan işçinin gəlirlərindən - Vergi Hansı Qaydada Tutulmalıdır?
Vergilər 14 Mart 2023
Bir neçə gəliri olan işçinin gəlirlərindən - Vergi Hansı Qaydada Tutulmalıdır?
Azərbaycanla Yaponiya arasında ikiqat vergitutma aradan qaldırılacaq
Vergilər 14 Mart 2023
Azərbaycanla Yaponiya arasında ikiqat vergitutma aradan qaldırılacaq
Vergi Xidmətində Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib - FOTOLAR
Vergilər 14 Mart 2023
Vergi Xidmətində Dünya Bankının nümayəndə heyəti ilə görüş keçirilib - FOTOLAR
Sadələşdirilmiş vergi ödəyiciləri üçün pis xəbər - 200 MİN MANATLIQ LİMİT AZALDILACAQ
Vergilər 13 Mart 2023
Sadələşdirilmiş vergi ödəyiciləri üçün pis xəbər - 200 MİN MANATLIQ LİMİT AZALDILACAQ
Naxçıvanda obyektlərin 50,6 faizində yeni nəsil nəzarət-kassa aparatları quraşdırılıb
Vergilər 9 Mart 2023
Naxçıvanda obyektlərin 50,6 faizində yeni nəsil nəzarət-kassa aparatları quraşdırılıb
Hüquqi və fiziki şəxslərin əmlak vergisi üzrə büdcə itkisinin hesablanması metodologiyası eyniləşdirilib
Vergilər 9 Mart 2023
Hüquqi və fiziki şəxslərin əmlak vergisi üzrə büdcə itkisinin hesablanması metodologiyası eyniləşdirilib
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner
Banner

XƏBƏR LENTİ

  • Azərbaycanda vələmir əkini 5%-dən çox artıb
    17:33 23 Mart 2023
  • Azərbaycanda buğda əkini 16%-ə yaxın azalıb
    17:23 23 Mart 2023
  • Azərbaycanda sürtkü yağlarının istehsalı 54%-dən çox artıb
    17:12 23 Mart 2023
  • Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı
    17:03 23 Mart 2023
  • İsveçrə Milli Bankı uçot dərəcəsini artırıb
    16:45 23 Mart 2023
  • Azərbaycandan dizel yanacağı istehsalı 1%-ə yaxın azalıb
    16:34 23 Mart 2023
  • Azərbaycanda ağ neft isthesalı 7%-dən çox azalıb
    16:20 23 Mart 2023
  • Gömrükçülər vətandaşin ölkəyə gətirdiyi - BREND ƏŞYALARI MÜSADİRƏ EDİB
    16:07 23 Mart 2023
  • Azərbaycanda avtomobil benzini istehsalı 4%-ə yaxın azalıb
    16:05 23 Mart 2023
  • Azərbaycanda araq istehsalı 19% artıb
    15:57 23 Mart 2023
  • Azərbaycanda pivə istehsalı 19% artıb
    15:45 23 Mart 2023
  • Azərbaycanda üzüm şərabı istehsalı 26% artıb
    15:34 23 Mart 2023
  • Azərbaycanda viski və konyak istehsalı 3 dəfə artıb
    15:33 23 Mart 2023
  • ÜST: “Dünyada vəba xəstəliyinin yayılma riski çox yüksəkdir”
    15:22 23 Mart 2023
  • Qlobal telekommunikasiya avadanlıqları bazarının artım tempi zəifləyib
    15:10 23 Mart 2023
  • Bu il qeyri-neft sektoru üzrə ən çox məhsul Türkiyəyə ixrac edilib
    14:57 23 Mart 2023
  • Ötən ay Azərbaycanda kafe və restoranlara 124.9 milyon manat xərclənib
    14:44 23 Mart 2023
  • ABŞ-ın neft ehtiyatları 1.12 milyon barel artıb
    14:30 23 Mart 2023
  • “Toyota” daxili bazar üçün “Camry” istehsal etməyəcək
    14:15 23 Mart 2023
  • Onlayn alış-veriş zamanı aldanan istehlakçı nə etməlidir?
    12:42 23 Mart 2023
  • FED-dən yeni artım qərarı - MANATI NƏ GÖZLƏYİR?
    12:36 23 Mart 2023
  • Həmtəsisçisi azərbaycanlı olan "Passion Punch 4" startapı - 4 MİLYON DOLLAR İNVESTİSİYA ALDI!
    12:22 23 Mart 2023
  • Asiya İnkişaf Bankı Azırbaycanda dəmiryol layihəsinin başa çatacağı vaxtı açıqlayıb
    12:13 23 Mart 2023
  • Azərbaycanda alkoqolsuz içki istehsalı 25% artıb
    12:01 23 Mart 2023
  • Azərbaycanda şəkər tozu və qənd istehsalı 2%-ə yaxın azalıb
    11:49 23 Mart 2023
  • Azərbaycanda marqarin istehsalı 22% azalıb
    11:32 23 Mart 2023
  • Azərbaycanda kərə yağı istehsalı 2% artıb
    11:24 23 Mart 2023
  • Azərbaycanda kolbasa məmulatlarının istehsalı 5% artıb
    11:16 23 Mart 2023
  • İqtisad Universiteti - UNEC dünya reytinqində - 501-Cİ YERƏ YÜKSƏLİB
    11:00 23 Mart 2023
  • BMT: Dünya əhalisinin dörddə birindən çoxunun təhlükəsiz içməli suya çıxışı yoxdur
    10:49 23 Mart 2023
  • Azərbaycanda duru yağ istehsalı 44% azalıb
    10:47 23 Mart 2023
  • Mercedes-Benz-in Rusiyadakı keçmiş zavodunda premium Çin avtomobilləri istehsal ediləcək
    10:43 23 Mart 2023
  • Azərbaycanda içki istehsalı 18% artıb
    10:37 23 Mart 2023
  • Azərbaycanda tütün məmulatlarının istehsalı 35%-ədək artıb
    10:29 23 Mart 2023
  • Şəkər tozu qiymətləri son 6 ilin ən yüksək zirvəsində
    10:26 23 Mart 2023
  • Azərbaycanda qida məhsullarının istehsalı 12,7% artıb
    10:24 23 Mart 2023
  • “Azinvestkredit” BOKT-un - Nizamnamə Kapitalı Azaldılır
    10:16 23 Mart 2023
  • "Subaru "Azərbaycan" hansı tenderləri udur? - SİYAHI, MƏBLƏĞLƏR
    10:10 23 Mart 2023
  • Türkiyədə minimum pensiya 36 % artırılır
    10:09 23 Mart 2023
  • "İndiyə qədər 80 min TOGG avtomobili sifariş verilib"
    09:55 23 Mart 2023
  • Dövlət Sərhəd Xidmətinin iki tenderinin qalibi "Azeli Textil" oldu - NƏTİCƏ, MƏBLƏĞ
    09:54 23 Mart 2023
  • Balakən Suvarma Sistemləri İdarəsi - TENDER ELAN EDİR
    09:45 23 Mart 2023
  • 2022-ci ildə qlobal təbii fəlakətlərin vurduğu ziyanların məbləği açıqlanıb
    09:32 23 Mart 2023
  • “WhatsApp”a yeni funksiyalar əlavə edildi
    09:16 23 Mart 2023
  • Bakıda bu ərazidə nəqliyyatın hərəkəti tam məhdudlaşdırılır
    09:03 23 Mart 2023
  • Dövlət qurumu söhbətgah, həyətyanı ərazi üçün oturacaq və zibil qutuları alır - TENDER ELANI
    08:57 23 Mart 2023
  • Dəftərxana və təsərrüfat mallarının alınması ilə bağlı –TENDER ELANI
    08:46 23 Mart 2023
  • Rusiyaya məxsus yük gəmisi Finlandiya limanında saxlanılıb
    08:42 23 Mart 2023
  • FED 2023-cü ildə ABŞ iqtisadiyyatının artımı proqnozunu pisləşdirib
    08:36 23 Mart 2023
  • Yeni Klinika - TENDER ELAN EDİR
    08:34 23 Mart 2023
  • Laçın-Xankəndi yolundakı aksiya 102 gündür davam edir - FOTO
    08:31 23 Mart 2023
  • ABŞ və Böyük Britaniyanın ticarət kəsiri rekord həddə çatdı
    08:29 23 Mart 2023
  • FED faiz qərarını açıqladı – 2006-CI İLDƏN SONRA İLK
    01:16 23 Mart 2023
  • "Azər Türk Bank" işçi axtarır - VAKANSİYA
    20:50 22 Mart 2023
  • "VTB Bank Azərbaycan" işçi axtarır - VAKANSİYA
    20:46 22 Mart 2023
  • "Xalq Bank" Bakıda və bölgələrdə işçilər Axtarır - VAKANSİYALAR
    20:42 22 Mart 2023
  • Bu şirkətlər işçi yığır: əmək haqqı 500-600-800-900-1000-1200-1400-1500-2500 manat - 25 VAKANSİYA
    20:37 22 Mart 2023
  • "Azersun Holding" çoxsaylı işçilər axtarır - VAKANSİYALAR
    20:35 22 Mart 2023
  • "Baku Electronics" çoxsaylı işçilər yığır - VAKANSİYALAR
    20:31 22 Mart 2023
  • "Baku Steel Company LLC" işçi axtarır - VAKANSİYA
    20:29 22 Mart 2023
Bütün xəbərlər

SOSİAL MEDİA

logo-modal
Fed.az

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin 24.11.2022-ci il tarixli Media Reyestri Şəhadətnaməsi əsasında dövlət qeydiyyatına alınmışdır

  • Son Xəbərlər
  • Maliyyə
  • Biznes
  • İqtisadiyyat
  • Sosial
  • Maraqlı
  • Regionlar
  • Əmlak
  • Digər
  • Əlaqə
  • Arxiv
  • Haqqımızda
  • 070 241-00-10
  • [email protected]
  • Bakı şəhəri, Mir Cəlal küçəsi 3

© 2016 - 2023 FED.az | Xəbərlərdən istifadə edərkən istinad mütləqdir!