Auditorlar Palatası Azərbaycanda auditor xidmətlərinin göstərilməsi üçün xidmət haqlarının minimum hədlərini müəyyən edib.
Azərbaycanda audit xidmətinə minimum qiymət tətbiq ediləcək – AUDİTORLAR ÜÇÜN MÜHÜM YENİLİK
Bu barədə FED.az-a Auditorlar Palatasından məlumat verilib. Auditorlar Palatasının müəyyən etdiyi minimum xidmət haqları auditi aparılan təşkilatların fəaliyyət sahəsindən və onların illik dövriyyəsinin həcmindən asılı olaraq dəyişəcək. Belə ki, banklar, sığorta şirkətləri, bank olmayan kredit təşkilatları investisiya fondları xarici şirkətlərin Azərbaycandakı nümayəndəlikləri publik hüqiqi-şəxslər və s. kimi təşkilatlar üçün xidmət haqları fərqli qaydad hesablanacaq.
Belə ki, banklar üçün illik audit xidmətlərinin tarifləri minimum illik dövriyyənin 0.6%-i qədər götürülür və minimum 30 min manat təşkil etməlidir.
Sığorta təşkilatları üçün bu məbləğ minimum 12 min manat, bank olmayan kredit təşkilatları (BOKT) üçün isə minimum 4500 manat nəzərdə tutulub.
Xarici şirkətlərin Azərbaycandakı nümayəndəlikəri üçün illik audit hesabatının hazırlanması üzrə minimum xərclər 6 min manatdan , fiziki şəxs olaraq sahibkarlıq fəaliyyəti göstərənlər üçün 2 min manatdan başlayır.
AZƏRBAYCAN RESPUBLİKASININ ƏRAZİSİNDƏ GÖSTƏRİLƏN AUDİTOR XİDMƏTLƏRİNİN DƏYƏRİNİN MİNİMUM HƏDLƏRİ