Azərbaycanda 2026-cı ildə baş verən əsas yeniliklərdən biri kirayə haqlarının vergiyə cəlb edilməsi ilə bağlıdır. Əslində kirayə haqqından vergi tutulması qaydası əvvəllər də var idi, amma 2026-ci ildə bu sahəyə dövlətin, xüsusilə də Vergi Xidmətinin diqqəti kəskin artıb.
Ev alarkən ƏDV-ni necə geri almaq olar?
FED.az biznes və maliyyə xəbərləri portalı xatırladır ki, 2026-cı ildə Vergi Məcəlləsinə edilmiş dəyişikliklərdən biri də icarə münasibətləri ilə bağlıdır. İcarədən gələn gəlirlərdən ödəmək mənbəyində vergi əvvəlki 14%-dən 10%-ə endirilib.
Bu hansı hallarda mümkündür?
İcarəyə verən fiziki şəxs və ya bir fərdi sahibkar, əgər öz yaşayış obyektini (mənzil və ya fərdi evini) yaşamaq məqsədilə kirayəyə verirsə, o zaman ödənilən kirayə haqqından 10 vergi tutulacaq.
Əgər fiziki şəxs öz evini qeyri-yaşayış məqsədilə icarəyə verirsə, yəni qarşı tərəf bu mənzili, məsələn, ofis kimi və ya sair sahibkarlıq fəaliyyəti məqsədilə icarəyə verirsə, o zaman ödənilən kirayə haqqından 15% vergi tutulacaq.
Həm obyektin sahibini, həm də müştərini maraqlandıran əsas məsələlər: (1) bu zaman vergini kim ödəyir; (2) vergi orqanına hesabatları kim verir?
Vergi Məcəlləsindəki yeniliyə əsasən, belə hallarda vergi agenti anlayışından istifadə olunur. İcarə münasibətlərində – verginin ödənilməsi və hesabatların verilməsində vergi agenti böyük rol oynayır.
Vergi agentləri kimlərdir?
Vergi agentləri mənzil sahibinin əvəzinə, icarəyə görə gəlirdən vergini hesablayıb büdcəyə ödəyir və hesabatları vergi orqanına təqdim edir. VÖEN-ni olan bütün fərdi sahibkarlar və ya hüquqi şəxslər vergi agentli adlanır.
Misal1: Məsələn, tutaq ki, fiziki şəxs öz mənzilini aylıq 1000 manatdan icarəyə verir, icarəyə götürən tərəf isə VÖEN-ni olan fərdi sahibkardır. Bu halda vergi agenti funksiyasını mənzili icarəyə götürən sahibkar yerinə yetirir.
Yəni fərdi sahibkar (icarəçi) icarəyə haqqını ödəyəndə mənzilin sahibinə 1000 deyil, 900 manat ödəyir, qalan 100 manatı isə 10% vergi olaraq mənzilin sahibinin əvəzinə büdcəyə ödəyir.
Misal 2: Məsələn, tutaq ki, mənzilin sahibi də, onu icarəyə götürən tərəf də fiziki şəxsdirlər. Yəni bunlardan heç birinin VÖEN-ni yoxdur və heç biri vergi agenti ola bilməzlər. Belə olan halda, mənzilin sahibi öz mülkünü qeydiyyatdan keçirir və özünə VÖEN alır, və ildə 1 dəfə bütün vergini birdəfəyə ödəyərək vergi orqanına hesabat verir. Yəni bu misallə getsək, aylıq icarə haqqı 1000 manatdırsa, bu ildə 12000 manat deməkdir və illik vergi ödənişi 1200 manat təşkil edir. Bu vergini ödədikdən sonra mənzilin sahibi gəlir vergisi bəyannaməsini təqdim edir.











