Hüquqi şəxslərin əmlak vergisi üzrə daxilolmalar 336,0 milyon manat nəzərdə tutulur.
FED.az xəbər verir ki, bu Maliyyə Nazirliyinin açıqladığı «2024-cü ilin dövlət və icmal büdcələri üzrə layihələrin təqdimatı»nda bildirilir.
Bu da 2023-cü ilin proqnozu ilə müqayisədə 24,0 milyon manat və ya 7,7 faiz, 2022-ci ilin icrası ilə müqayisədə 104,5 milyon manat və ya 45,2 faiz çoxdur. Həmin məbləğin 64,9 faizi və ya 218,0 milyon manatı qeyri-neft sektorunun, 35,1 faizi və ya 118,0 milyon manatı neft sektorunun payına düşür. 2023-cü ilin proqnozu ilə müqayisədə qeyri-neft sektoru üzrə əmlak vergisi 7,0 milyon manat və ya 3,1 faiz az, neft sektoru üzrə əmlak vergisi 31,0 milyon manat və ya 35,6 faiz çox, 2022-ci ilin icrası ilə müqayisədə isə qeyri-neft sektoru üzrə əmlak vergisi 65,9 milyon manat və ya 43,4 faiz, neft sektoru üzrə əmlak vergisi isə 38,6 milyon manat və ya 48,6 faiz çox nəzərdə tutulur. Qeyri-neft sektoru üzrə əmlak vergisinin artımla proqnozlaşdırılmasının səbəbi əsaslı kapital qoyuluşlarına yönəldilən investisiyanın cari il üzrə 8,2 faiz, növbəti il üzrə isə 5,1 faiz artması, 2023- cü ilin proqnozu ilə müqayisədə azalma Azərbaycan Respublikasının Vergi Məcəlləsində edilməsi nəzərdə tutulan dəyişikliklərin təsirinin nəzərə alınması ilə əlaqədardır.