Aksizlər üzrə daxilolmalar 1358,0 milyon manat nəzərdə tutulur.
FED.az bu barədə Maliyyə Nazirliyinə istinadən xəbər verir. bu da 2023-cü ilin proqnozu ilə müqayisədə 145,0 milyon manat və ya 12,0 faiz, 2022- ci ilin icrası ilə müqayisədə 168,0 milyon manat və ya 14,1 faiz çoxdur.
Həmin məbləğin 48,6 faizi və ya 660,0 milyon manatı qeyri-neft sektorunun, 51,4 faizi və ya 698,0 milyon manatı neft sektorunun payına düşür. Qeyri-neft sektoru üzrə aksiz vergisi cari ilin proqnozu ilə müqayisədə 116,0 milyon manat və ya 21,3 faiz, 2022-ci ilin icrası ilə müqayisədə 135,3 milyon manat və ya 25,8 faiz çox nəzərdə tutulur.