SOCAR Gürcüstan iqtisadiyyatında ən iri vergiödəyicisidir. Şirkətin bu ölkədə ödədiyi vergilərin ümumi həcmi 1,5 milyard ABŞ dollarından çoxdur.
Eləcə də bax: SOCAR-ın Türkiyədəki şirkəti satıldı - MÜQAVİLƏ
FED.az "azərtac" xəbər verir ki, bu fikri “SOCAR Energy Georgia” şirkətinin baş direktoru Mahir Məmmədov söyləyib. Onun sözlərinə görə, son illərin statistikasına əsasən, “SOCAR Georgia” Gürcüstan iqtisadiyyatında ən iri vergiödəyicisidir və bu mövqeyini saxlayır.
Baş direktor bildirib ki, SOCAR həm də Gürcüstan iqtisadiyyatına ən çox sərmayə qoyan şirkətlərdən biridir. 2006-cı ildən başlayaraq SOCAR Gürcüstan iqtisadiyyatına 1,1 milyard ABŞ dollarından çox sərmayə yatırıb.