Fiziki şəxsdən mənzil qeyri-nağd yolla alınarsa, ƏDV-nin faizi geri alınırmı?
Dövlət Xidməti vergidən yayınan şirkətlərin faktiki rəhbərlərini - AŞKAR EDƏCƏK
FED.az xəbər verir ki, bu barədə iqtisadçı-ekspert Vüqar Mirheydərov bildirib ki, Vergi Məcəlləsinin 165.6 maddəsinə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin 30 faizi qaytarılır.
V.Mirheydərov, həmçinin qeyd edib ki, fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və ya qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadratmetr və qeyri-yaşayış sahəsinin 500 kvadratmetrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir.