ƏDV-nin depozit hesabı ƏDV-dən yayınmaların qarşısının alınmasını və bu sahəyə avtomatlaşdırılmış nəzarətin həyata keçirilməsini təmin edir.
Vergi ödəyicisinin borcunu ödəmə qabiliyyətinin müəyyənləşdirilməsi qaydası təsdiqlənib
FED.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, bu sistem vasitəsilə vergi ödəyicisinə verilmiş elektron qaimə - faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, depozit hesabda uçotun aparılması, ƏDV-nin hərəkəti, əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi işlərinin yerinə yetirilməsi təmin olunur.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti ƏDV-nin depozit hesabı vasitəsilə vergi ödəyicilərinin hansı əməliyyatları apara bilməsi ilə bağlı videoçarx hazırlayıb.