Prezident İlham Əliyev «Dövlət büdcəsindən ayrılmış vəsait hesabına işlərin və xidmətlərin göstərilməsinə görə əlavə dəyər vergisindən azad olunan publik hüquqi şəxslərin siyahısı»nda dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
FED.az xəbər verir ki, fərmana əsasən ölkədəki bir sıra qurumlar da FDV-dən azad edilib. Fərman 2022-ci il yanvarın 1-dən tətbiq edilir.
Yeni fərmanla ƏDV-dən azad edilən qurumlar aşağıdakılardır:
- Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi
- Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi;
- İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri”
- İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Hərracların Təşkili Mərkəzi”
- İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində “Korporativ İdarəetmənin Təşkili və Koordinasiya Mərkəzi”
- İqtisadiyyat Nazirliyinin tabeliyində “Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO”
- İqtisadiyyat Nazirliyinin tabeliyində “Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzi”
- İqtisadiyyat Nazirliyinin tabeliyində “İqtisadi Elmi Tədqiqat İnstitutu”;
- Medianın İnkişafı Agentliyi
- Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi
- Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzi
- Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin tabeliyində “Hüquq və İnsan Haqları İnstitutu.”.