İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Azərbaycanın böyük şirkətlərindən birini məhkəməyə verir.
Eləcə də bax: Azərbaycanda bu şirkət dövlət büdcəsinə - 5 Milyon Manat Borcludur
FED.az Banker.az-a istinadən xəbər verir ki, DVX, “Synergy Group” MMC barəsində Bakı Kommersiya Məhkəməsinə müraciət edib. Məhkəməyə Zaur Pirverdiyev hakim təyin edilib.
Məhkəmənin detalları tam açıqlanmasa da, 22 avqust 2021-ci il tarixinə olan rəqəmlərə görə “Synergy Group” MMC-nin dövlət qarşısında 48 169 manat həcmində vergi borcunun olduğu açıqlanıb.
“Synergy Group” MMC 2010-cu ildə yaradılıb və 50 milyon manat nizamnamə kapitalına sahibdir. Şirkət Azərbaycanda bir neçə layihəni gerçəkləşdirmiş və eləcə də vaxtı ilə maliyyə bazarının oyunçularından olan “Ata Bank” ASC-nin əsas səhmdarı idi.