Avropa İttifaqına üzv ölkələr Çindən daxil olan kiçik bağlamalara vergi tətbiqi ilə bağlı razılığa gəlib.
Poçt bağlamalarından büdcəyə aylıq yarım milyon manatdan çox vəsait daxil olur
FED.az xəbər verir ki, məqsəd Çindən gələn ucuz mal axınının qarşısını almaqdır.
2026-cı il iyunun 1-dən etibarən İttifaq ərazisinə Çindən daxil olan bağlamalara azı 3 vergi tətbiq ediləcək. Bir bağlamada müxtəlif mallar olduğu təqdirdə hər məhsula ayrı-ayrılıqda vergiyə cəlb ediləcək.
2024-cü ildə Avropa İttifaqına hər birinin dəyəri 150 avrodan aşağı olan 4,6 milyard ədəd bağlama daxil olub. Onların 91 faizi Çindən gəlib. (Azərtac)










