Süni intellekt texnologiyalarının tətbiqinə yönəlmiş vergi stimullarının genişləndirilməsi prioritet istiqamətlərdən olacaq.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, bu sözləri iqtisadiyyat naziri Mikayıl Cabbarov “Vergi sistemində gələcəyə baxış: yeni idarəetmə modeli və data əsaslı qərarlar” mövzusunda keçirilən forumda deyib.
"Artıq ölkəmizdə superkompüter mərkəzi fəaliyyət göstərir, rəqəmsallaşma istiqamətində mühüm layihələr həyata keçirilir, o cümlədən insan resurslarının bilik və bacarıqları inkişaf etdirilir.
Rəqabətqabiliyyətli və innovativ mühiti inkişaf etdirmək məqsədilə İKT sektoru, startaplar və yüksəkixtisaslı mütəxəssislər üçün daha çevik və rəqabətqabiliyyətli vergi mühiti formalaşdırılacaq", - deyə Mikayıl Cabbarov bildirib.











