“Mahal” Mənzil Tikinti Kooperativinin dövlət qarşısında vergi borcunun olduğu məlum olub.
Eləcə də bax: "Akkord"un bu şirkətinin dövlətə - 1 Milyon Manat Borcu Var
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin məlumat bazasındakı rəqəmlər deyir.
Məlumata əsasən, “Mahal” Mənzil Tikinti Kooperativinin vergi borcu 1 980 703 manatdır. Bu vergi borcu 23.11.2021-ci il tarixinə olan məlumatdır.
Xatırladaq ki, “Mahal” Mənzil Tikinti Kooperativi 2016-cı ildə dövlət qeydiyyatına alınıb. Şirkətin nizamnamə kapitalı 100 manatdır və qanuni təmsilçisi İlqar Rəhimov Vəliyəddin oğludur.