Azərbaycanda vergi ödəciyilərinin aldığı malların (işlərin, xidmətlərin) alış qiymətləri bazar qiymətindən topdansatış ticarət fəaliyyəti sahəsində 10%-dən, tikinti və istehsal fəaliyyəti sahəsində 20%-dən, digər fəaliyyət sahələrində 30%-dən çox yuxarıdırsa vergilər yenidən hesablanacaq.
Eləcə də bax: Vergi orqanlarına bazarlarda nəzarət postları qurmaq - HÜQUQU VERİLİR
FED.az biznes və maliyyə xəbərləri portalı Report-a istinadən xəbər verir ki, bu, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklərdə öz əksini tapıb.
Xatırladaq ki, hazırda qüvvədə olan Məcəlləyə görə, alış qiyməti ilə bazar qiyməti fəaliyyət sahəsindən asılı olmayaraq maksimum 30% fərqlənə bilər.