İran razılaşmaya hazırdır və danışıqlar müsbət istiqamətdə davam edir.
Tramp: ABŞ və Tehran son iki gündə uğurlu danışıqlar aparıb, İranın enerji infrastrukturuna zərbələr 5 günlük təxirə salınıb
İran Trampın açıqlamasını təkzib edib, danışıqlar aparılmayıb
Tramp İranın danışıq aparıldığını təkzib etməsinə münasibət bildirib
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Sky News-un məlumatına görə, bunu ABŞ Prezidenti Donald Tramp bildirib.
Onun sözlərinə görə, Tehran artıq kompromisə getmək niyyətindədir.
“Onlar razılaşmaq istəyirlər və razılaşma üçün çox yaxşı şans var. Mənim bütün həyatım danışıqlarla keçib, amma İranla uzun müddətdir danışıqlar aparırıq. Bu dəfə onlar ciddi yanaşırlar”, – deyə Tramp qeyd edib.
ABŞ lideri bildirib ki, tərəflər arasında son günlər fəal müzakirələr aparılır:
“Hazırda çox yaxşı danışıqlar gedir. Onlar sülh istəyirlər. Nüvə silahına sahib olmayacaqlarını qəbul ediblər. Amma görəcəyik, bunu reallaşdırmaq lazımdır”.












