Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi
Proseslərin optimallaşdırılması şöbəsinə Böyük məsləhətçi
Son tarix 08 yan 2024 - [email protected]
İş yeri: Bakı şəhəri, N.Nərimanov 206A, "Capital Towers" Biznes Mərkəzi
Əmək haqqı: Rəqabətədavamlı əmək haqqı
Tələb olunan bilik, təcrübə və bacarıqlar:
- Ali təhsil (Tibb, Biznesin idarə edilməsi, Menecment, İqtisadiyyat, Beynəlxalq münasibətlər)
- İdarəetmə sahəsi üzrə minimum 3 il iş təcrübəsi
- Kompüter bilikləri: Microsoft Office – sərbəst
- Dil bilikləri: İngilis dili – arzuolunandır.
Bacarıqlara dair tələblər:
- Analitik təhlil və problemləri həll etmə bacarıqları
- Tədqiqat və təqdimat bacarıqları
- Nəticəyönümlülük
- Verilmiş tapşırıqların son icra tarixinə həssaslıq
- Ünsiyyətcil
İşin təsviri:
- TƏBİB aparatında fəaliyyətlərin təşkilinin mütəmadi olaraq dəyərləndirilməsi və yeni yanaşmaların tətbiqi ilə bağlı təkliflərin verilməsi;
- TƏBİB tabeli tibb müəssisələrində fəaliyyətlərin mütəmadi olaraq dəyərləndirilməsi və proseslərin təkmilləşdirilməsi üçün həll təkliflərinin verilməsi;
- Tibb müəssisələri şəbəkəsinin optimallaşdırılması üzrə təhlil və təkliflərin təqdim edilməsi;
- Tibb müəssisələrinin fəaliyyəti üzrə beynəlxalq təcrübənin araşdırılması və təhlil edilməsi;
- Proses xəritəsi və layihələrin icrası üzrə müvafiq tapşırıqların yerinə yetirilməsi;
- İcra olunan proseslər üzrə təhlil hesabatlarının şöbə müdirinə təqdim edilməsi.
Əlavə qeydlər:
- İş qrafiki: Bazar ertəsi - Cümə, 5 günlük iş həftəsi;
- İş vaxtı: 09:00 – 18:00.
Müraciət etmə qaydaları:
Maraqlanan namizədlərdən aşağıda göstərilən qaydada müraciət etmələri xahiş olunur:
- CV e-mail ünvanına göndərilməlidir;
- Mövzu sətrində “Proseslərin optimallaşdırılması – Böyük məsləhətçi” qeyd olunmalıdır;
- CV-lər 22 dekabr, 2023-cü il tarixinə qədər göndərilməlidir.
Müraciət edən namizədlərin CV-ləri seçim üçün ilkin baxışdan keçiriləcəkdir. İlkin CV seçimi zamanı qeyd edilən şərtlərə uyğun namizədlərlə e-poçt və / və ya telefon vasitəsilə əlaqə saxlanılaraq müsabiqədə iştirak üçün dəvət olunacaqlar.
Diqqət: IT təhlükəsizliyi səbəbilə *yandex.ru, *mail.ru, *list.ru, *inbox.ru, *bk.ru, *yahoo.com. domenlərindən e-məktub qəbul edilmədiyini nəzərə alaraq, müraciətinizi başqa domenli elektron poçt ünvanlarından göndərməyiniz xahiş olunur.