Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi
Tədbirlərin təşkili üzrə aparıcı mütəxəssis
Son tarix 31 avq 2023 [email protected]
Namizədlərdən öz CV-lərini bu mail ünvanına göndərmələri xahiş olunur.
Son müraciət tarixi: 30 avqust, 2023-cü il
Vakansiya: Beynəlxalq münasibətlər və İctimaiyyətlə əlaqələr şöbəsi, Tədbirlərin təşkili üzrə aparıcı mütəxəssis
Vəzifə öhdəlikləri:
- Nəzərdə tutulan tədbirləri konsepsiyadan sona qədər planlaşdırmaq və təşkil etmək;
- Tədbirlərin təşkili üçün yer seçmək və büdcə hazırlamaq;
- Təşkil edilən tədbirlərin plan və gündəliyini tərtib etmək;
- PR mütəxəssislərinin və ya marketinq rəhbərlərinin köməyi ilə tədbiri ənənəvi və ya rəqəmsal şəkildə təşkil etmək üçün tədbir təlimatlarının, biletlərin, broşürlərin və hər hansı digər marketinq fəaliyyətlərinin ərsəyə gətirilməsini təmin etmək;
- Tədbirin planlaşdırılması və icrasının iştirakçıları ilə işləmək, onlara rəhbərlik etmək;
- Tədbir çərçivəsində təhlükəsizlik, işıqlandırma, səs avadanlığı, vitrinlər, səhnələr, parkinq, yemək və içki, fotoqraflar, çiçəkçilər, iaşəçilər və digət texniki xidmətlərin təşkili üçün danışıqlar aparmaq və müqavilə bağlamaq;
Vəzifəyə dair tələblər:
- Ali təhsil;
- Tədbirlərin təşkili və ictimaiyyətlə əlaqələr sahəsində ən az 3 il iş təcrübəsi;
- Analitik düşüncə bacarığı;
- Məsuliyyətli və dəqiq olmalı;
- Detallara diqqət yetirməyi bacarmalı;
- Dil bilikləri: azərbaycan dili əla, ingilis dili yaxşı səviyyədə;
- MS Office (Word, Excel, Powerpoint) proqramları üzrə biliklər;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı;
Əmək haqqı: yüksəkdir
Bərpaçı memar
Son tarix 31 avq 2023 [email protected]
Namizədlərdən öz CV-lərini mail ünvanına göndərmələri xahiş olunur.
Son müraciət tarixi: 30 avqust, 2023-cü il
Vakansiya:
Tarixi-mədəni irsin idarə olunması, qorunması şöbəsi, Bərpaçı memar, Abidələrin bərpası üzrə mühəndis (tarixi abidələr üzrə)
Vəzifə öhdəlikləri:
- Bərpa edilən abidənin tarixi və konteksti haqqında məlumat toplamaq üçün araşdırma aparmaq;
- Bərpa və ya konservasiya olunan abidədə ölçü işləri aparmaq, zədələnmiş və ya xarab olan sahələri müəyyən etmək və bərpa üçün tələb olunan işlərin həcmini müəyyənləşdirmək;
- Tarixi abidənin struktur bütövlüyünə, estetikasına və tarixi əhəmiyyətini nəzərə alan bərpa planı hazırlamaq;
- Layihəçi tərəfindən hazırlanan bərpa layihə paketlərinə baxış keçirib, rəylərin hazırlanması;
- İcra olunan bərpa işlərinin layihəyə, büdcəyə və qrafikə uyğun yerinə yetirilməsinə nəzarət etmək;
- Texniki hesabatların hazırlanması, təklif olunan müdaxilələri göstərən işçi çertyojlar, təsvirlər, layihənin qiymətləndirilməsi, material spesifikasiyası və tender sənədləri ilə bağlı işləri icra etmək;
- Abidələr üçün layihə və texniki tapşırıqları hazırlamaq;
- Bərpa və ya konservasiya layihəsinin həm görünüşünü, həm də daxili quruluşunu göstərən ətraflı təsvirlərin hazırlanmasını təmin etmək;
Vəzifəyə dair tələblər:
- Ali təhsil (Memarlıq, tarixi abidələrin bərpa və konservasiyası);
- Tarixi memarlı abidələrinin bərpası və konservasiyası sahəsində ən az 3 il iş təcrübəsi;
- Analitik düşüncə bacarığı;
- Məsuliyyətli və dəqiq olmalı;
- Detallara diqqət yetirməyi bacarmalı;
- Dil bilikləri: Azərbaycan dili əla, ingilis dili yaxşı səviyyədə;
- MS Office (Word, Excel, Powerpoint) proqramları üzrə biliklər;
- AutoCAD və SketchUp proqramı ilə işləmə qabiliyyəti, yüksək səviyyədə;
- Memarlıq təqdimatlarının hazırlanması üzrə bacarıqlar;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Kommunikasiya və komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı;
Əmək haqqı: yüksəkdir.
Sahə memarı
Son tarix 31 avq 2023 [email protected]
Namizədlərdən öz CV-lərini bu mail ünvanına göndərmələri xahiş olunur.
Son müraciət tarixi: 30 avqust, 2023-cü il
Vakansiya: Ərazinin inkişafı və əmlakın idarə olunması şöbəsi, Sahə memarı
Vəzifə öhdəlikləri:
- Memari dizayn layihələrini oxuya bilmək və iş paketlərinin hazırlanmasında köməklik göstərmək
- Materiallar haqqında müvafiq araşdırmaları etmək
- Tamamlama və bəzək işlərində işlərin icra edilməsi qaydalarında töhvə vermək
- Yerində ölçü alımlarında və metraj hazırlanmasında töhvə vermək
- İşlərin icrası üsulu haqqında fikir bildirmək və detal (düyüm) hazırlaya bilmək
- İşin məzmununu qorumaq (Scope of works)
- Bina və tikililərin və s. layihə təkliflərinin və baş planlarının işlənib hazırlanmasında, layihələşdirilməsində nəzərdə tutulan layihə tapşırıqlarının və şərtlərinin müvafiq orqanlarla razılaşdırılmasında bilavasitə iştirak edir
Vəzifəyə dair tələblər:
- Ali təhsil (Memarlıq);
- Mülki tikinti sahəsində sahə memarı kimi ən az 3 il sahə təcrübəsi;
- Analitik düşüncə bacarığı;
- Məsuliyyətli və dəqiq olmalı;
- Detallara diqqət yetirməyi bacarmalı;
- Dil bilikləri: azərbaycan dili əla, ingilis dili yaxşı səviyyədə;
- MS Office (Word, Excel, Powerpoint) proqramları üzrə biliklər;
- AutoCAD proqramı ilə işləmə qabiliyyəti, yüksək səviyyədə;
- Fikrini dəqiq, dolğun və özünə əminliklə təqdim etmə bacarığı;
- Komandada işləmək bacarığı, təşəbbüskarlıq, gərgin iş rejimində işləmək bacarığı;
Əmək haqqı: yüksəkdir.