Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi
Turizm bələdçisi
Son tarix 11 iyn 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Şuşa şəhərinin coğrafiya, tarix, mədəniyyət və turizm potensialına dair məlumatların araşdırılmasında şöbəyə köməklik göstərmək;
- Ərazidə qonaqların qarşılanması, müşayiət olunması və məlumatlandırılmasını təmin etmək;
- Qonaqları tur marşrutu üzrə təhlükəsizlik qaydaları ilə tanış etmək və onlara riayət olunmasını təmin etmək;
- Maşrutların və xarici dildə (ingilis və ya rus) marşrut mətnlərinin hazırlanmasında iştirak etmək, tur maşrutların testdən keçirilməsində digər mütəxəssislərlə birgə işləmək;
- Gündəlik və aylıq inzibati işləri, tapşırıqları vaxtında icra etmək, hesabatların yazılmasını, onların rəhbərliyə ötürülməsini təmin etmək;
- Birbaşa rəhbərinin göstərişi ilə idarənin müxtəlif layihələrində iştirak etmək, turizm tədbirlərinin təşkilinə və təbliğinə dəstək olmaq;
- Vəzifə öhdəliyindən irəli gələn digər tapşırıqları icra etmək.
Vəzifəyə dair tələblər:
- Tarix, dilçilik və ya humanitar sahələr üzrə ali təhsil
- Tur bələdçiliyi üzrə müəyyən iş təcrübəsi
- Rus dili və ya ingilis dili biliyi C1-C2 səviyyədə (hər iki dili bilməsi tələb olunmur)
Qeyd: Bələdçi pozisiyası üçün Şuşa sakininə üstünlük verilir.