SOCAR Downstream Management
Yerli emal və material qəbuluna nəzarət üzrə mühəndis
Son tarix 30 sen 2024 - Müraciət et
Vəzifənin məqsədi
SDM-in texniki nəzarət göstəricilərinə və hədəflərinə uyğunluğun monitorinqini aparır, mexaniki bütövlük inkişaflarını müəyyən etmək və həyata keçirmək üçün Yerli Emal və Material qəbulu üzrə Böyük Mühəndisə dəstək verir.
Vəzifə öhdəlikləri
- SDM-in NEZ və Neft-Kimya Sənayesinin Bütünlük və Etibarlılıq Departamenti tərəfindən müəyyən edilmiş fəaliyyətlərin planlaşdırılması və həyata keçirilməsi
- Mövcud hüquqi qaydalar, sənayenin ən yaxşı təcrübələri, kodlar və standartlara əsaslanaraq material və ya avadanlıqların yoxlanılması, sınaq fəaliyyətlərini planlaşdırmaq və həyata keçirmək. Müvafiq qeydlərin düzgün aparılması və yoxlamalarda təqdim edilməsi üçün hazırlanması. Bu məsələlərdə inkişaf sahələri ilə bağlı təkliflər vermək.
- Material və ya avadanlıqlara nəzarət prosedurlarını və təlimatlarını hazırlamaq. İstehsalçı işçilər də daxil olmaqla, təftiş işçilərini müvafiq qaydalara əməl etməyə istiqamətləndirmək. Təftiş və Sınaq Planlarında müəyyən edilmiş fəaliyyətlərə nəzarət etmək, planlaşdırmaq və həyata keçirmək.
- SDM daxilində yerli İstehsalı nəzərdə tutulan avadanlıq və ehtiyyat hissələrinin istehsaldan əvvəl müvafiq texniki qaydaları (Ölçülərə Nəzarət, Dağıdıcı Olmayan Sınaq (DOS) və s.), Yoxlama və Sınaq Planlarını hazırlamaq.
- Yerli və xarici istehsalçıların seçimində menecerə dəstək olmaq; Subpodratçının, istehsalçının/təchizatçının emalatxanada və sahədəki fəaliyyətini izləmək, qiymətləndirmək və hesabat vermək.
- İstehsalçıların keyfiyyətə nəzarət planlarını nəzərdən keçirmək.
- İstehsalçı emalatxanalarına səfərlər; Müəyyən edilmiş keyfiyyət təminatı və keyfiyyətə nəzarət proseslərinə uyğun olaraq istehsalın, materialın və avadanlıqların keyfiyyətinin qiymətləndirilməsi, təsdiqlənməsi və ya təqdim edilməsi.
- Material nəzarəti fəaliyyətləri üzrə aylıq yoxlama hesabatlarının hazırlanması
- Hansı hissələrin və ya avadanlığın yerli istehsalçılar tərəfindən istehsal olunacağının müəyyənləşdirilməsinə müvafiq bölmələrlə razılaşdırılaraq dəstək verilməsi.
- İstehsal ediləcək hissənin və ya avadanlığın texniki xüsusiyyətlərinin təfərrüatlarının hazırlanmasını dəstəkləmək,
- istehsal ediləcək hissəyə ehtiyacı olan departament ilə razılaşdırmaq.
- İstehsal ediləcək hissənin və ya avadanlığın texniki cizgilərini hazırlamaq.
- Yoxlamanın və ya nəzarətin nəticələri barədə rəhbərliyə məlumat vermək. Nəticələr və tövsiyələr daxil olmaqla, baxışlardan sonra texniki hesabatlar hazırlayır və nəzərdən keçirir.
- Bütünlük və Təmir departamentinin Təmirə dayanma bölməsi ilə əlaqəli işləmək və dayanma zamanı emal və material qəbulunu həyata keçiriləcək nəzarət tədbirlərinin müəyyən edilməsinə dəstək vermək
- Bütövlük və Təmir departamentinin Təmirə dayanma bölməsi ilə razılaşdırılaraq, işin gedişini tapşırıq siyahısında müəyyən edilmiş istehsal olunacaq hissələrin və ya avadanlığın texniki sifariş toplusunu hazırlamaq və istehsalçılarla əlaqəni təmin etmək üçün görülən işlərə səmərəli töhfə vermək.
- Ona tabe olan işçilərin şəxsi və peşəkar inkişafına cavabdeh olmaq. Müvafiq şəxsin inkişaf ehtiyaclarının müəyyən edilməsi
- Tabe olduğu rəhbər tərəfindən ona verilən tapşırıqları yerinə yetirmək.
- İnteqrasiya edilmiş İdarəetmə Sistemləri fəaliyyətlərinə uyğun olaraq, səlahiyyətləri daxilində bölməyə birbaşa və ya dolayısı ilə aid olan planlaşdırma, icra, monitorinq və təkmilləşdirmə fəaliyyətlərini həyata keçirmək.
- İş saatlarından əlavə təcili zənglərə cavab vermək, lazım gəldikdə iş vaxtından artıq işləmək və iş saatlarından sonra çağırış üzrə dəstək göstərmək.
- Sahəyə aid məlumatların və sənədlərin düzgünlüyünə nəzarət etmək.
- Tabe olduğu şəxsə səlahiyyətinə aid olan işlərlə bağlı müntəzəm və səmərəli hesabat vermək.
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühit mədəniyyətinə uyğun hərəkət etmək, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət etmək, uyğunsuzluq aşkar edildikdə, tabe olduğu şəxsə və təhlükəsizlik
- (İSG) üzrə səlahiyyətli işçilərə məlumat vermək.
- Daxili, yerli və beynəlxalq istehsal üçün avadanlıqların ehtiyat hissələrinin və zədələnmiş hissələrinin texniki cizgilərinın hazırlanması ya yaradılması və hesabat verilməsi prosesində işləmək.
- Lazım olduqda ACA, RCM, HAZOP, SIL, 5WHY, RCA və s. İşçi qruplarında fəal iştirak etmək və müvafiq tədbirlər görmək.
- Azərbaycan Respublikası Əmək Məcəlləsinin 10-cu maddəsi ilə müəyyən edilmiş işçinin əsas vəzifələrini icra edir və məsuliyyət daşıyır.
Tələblər
- Mexaniki emal, Material üzrə qəbulu iş təcrübəsi 1-3 il iş stajı;
- Mexanika, Materialşünaslıq və əlaqəli texniki mühəndislik sahələri üzrə bakalavr təhsili;
- MS Office (Excell) biliyi yaxşı səviyyədə olmalı;
- CAD proqram biliyi ( Solidworks, AutoCad).
İş yeri:
- Qaradağ rayonu
Müraciət forması:
Müraciət üçün uyğun namizədlərdən qeyd olunan linkə keçid edərək müraciət etməkləri xahiş olunur. https://socardownstream.az/az/vacancy/yerli-emal-ve-material-qebuluna-nezaret-uzre-muhendis
Son müraciət tarixi: 10.09.2024
Ətraf mühit üzrə mühəndis
Son tarix 30 sen 2024 Müraciət et
Vəzifənin məqsədi
İnsan sağlamlığına və ətraf mühitə zərərli təsirləri, həmçinin, ekoloji təhlükələri və riskləri müəyyən edərək nəzarət edilməsi, qarşısının alınması və ya minimuma endirilməsi, həll yollarının təklif edilməsi və bununla da SDM/NEZ in maliyyə maraqlarına, hüquqi öhdəliklərinə, ekoloji və sosial nüfuzuna dəyə biləcək ziyanların qarşısının alınması.
Vəzifə öhdəlikləri
- Ətraf mühit üzrə plan və prosedurların hazırlanması
- Sahələrdə ekoloji yoxlamalar və audit keçirmək
- Ətraf Mühit Planları və Prosedurlarının tam həyata keçirilməsindən əmin olmaq
- Yerli qanunvericiliyə və beynəlxalq standartlara uyğunluğu təmin etmək
- Ekoloji risklərin müəyyən edilməsi və aradan qaldırılması üçün tədbirlər planının hazırlanması və yoxlanılması
- Ətraf mühitə mənfi təsir göstərə biləcək bütün mümkün qəzaların aradan qaldırılmasını koordinasiya və idarə etmək
- Resursların düzgün və səmərəli idarə edilməsindən əmin olmaq
- Ətraf mühitlə bağlı araşdırmaların aparılması və hesabatların hazırlanması
- Tullantıların düzgün və effektiv idarə edilməsi və tullantıların minimuma endirilməsi strategiyasının effektiv tətbiqindən əmin olmaq
- Çirkab Suların Təmizlənməsi Qurğusunda təmizlənmiş suyun limitlər daxilində olmasından əmin olmaq
- Neft dağılmalarının aradan qaldırılması üçün avadanlığın işlək vəziyyətdə olmasından və effektivliyindən əmin olmaq
- Atmosfer havasına təsirlərin minimuma endirilməsindən əmin olmaq
- Çənlərdən neft şlamının çıxarılması, ölçülməsi, müvəqqəti saxlanılması, aidiyyəti üzrə daşınmasına və ətraf mühitin çirklənməsinin qarşısının alınmasına nəzarət edilməsi
- Ətraf mühitlə bağlı görülən işlər barədə mütəmadi olaraq rəhbərliyə hesabat vermək
- Ekoloji uyğunsuzluqların aradan qaldırılmasından əmin olmaq
- Dövlət orqanlarına ödəniş hesabatlarının və illik statistik hesabatların düzgün hazırlanmasından əmin olmaq
- Ekoloji tədbirlər planının yoxlanılması və təkliflərin verilməsi
- ISO 14001 beynəlxalq standartının tələblərinin yerinə yetirilməsinə nəzarət edilməsi
- Dövlət orqanları və beynəlxalq audit təşkilatları tərəfindən aparılan yoxlama və ya auditlərdə iştirak etmək
- Sahədaxili nizam-intizam, əməyin mühafizəsi, texniki təhlükəsizlik və yanğın təhlükəsizliyinin, istehsalat sanitariyasının, mülki müdafiənin norma və qaydalarına riayət edilməsi.
- Rəhbərliyin tapşırıqlarının vaxtlı vaxtında yerinə yetirilməsi
- Suların səmərəli və effektiv idarə edilməsindən əmin olmaq
Tələblər
- Ətraf mühit mühəndisliyi və ya ətraf mühitin idarə edilməsi üzrə bakalavr dərəcəsi, müvafiq sahə üzrə magistr dərəcəsinə üstünlük verilir
- Müvafiq sahə üzrə təlimlər və sertifikatlar
- ISO 14001:2015 - Ətraf Mühitin İdarəetmə Sistemləri üzrə auditor sertifikatı olması arzuolunandır
- İngilis dili biliyi arzu olunandır
- Ətraf mühitə təsirlərin azaldılması üsullarının tətbiqi ilə bağlı praktik təcrübə
- Podratçıların idarə olunması və tikinti heyəti ilə iş təcrübəsi
- Tullantıların idarə olunması üsulları və sisteminə dair praktik təcrübə
Digər xüsusi tələblər
- Ünsiyyət qabiliyyəti , işçilərə əsas peşəkar məlumatı aydın çatdıra bilmə və fikrini sərbəst ifadə edə bilmə bacarığı
Müraciət forması:
Müraciət üçün uyğun namizədlərdən qeyd olunan linkə keçid edərək müraciət etməkləri xahiş olunur https://socardownstream.az/az/vacancy/etraf-muhit-uzre-muhendis
Son müraciət tarixi: 10.09.2024
Elektrik işləri üzrə mühəndis
Son tarix 30 sen 2024 Müraciət et
Vəzifənin məqsədi
Zavod ərazisində istifadə olunan cavabdeh olduğu sahə üzrə elektrik avadanlıqları və mexanizmlərinin texniki xidmət və təmir işlərini verilən proqram, təlimat və standartlara uyğun olaraq yerinə yetirilməsini təmin etmək.
Vəzifə öhdəlikləri
- SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərinə, istismar qaydalarına, qurumun prosedurlarına riayət etmək;
- İş yerlərini təmiz saxlamaq, tullantıların idarəedilməsi proseduruna (EİP 02/10) riayət etmək; İş sahəsində lazımi materialların, alətlərin və avadanlıqların vaxtında təmin olunmasını həyata keçirmək. İş bitdikdən sonra iş yerini və alətləri təmiz saxlamaq, ətraf mühitin çirklənməsinin qarşısını almaq;
- Cari təmir, çatışmazlıqları və nasazlıqları aradan qaldırmaq, əlavə quraşdırma və montaj işlərinin təlimat və standartlara uyğun edilməsi barədə rəhbərinin yazılı və ya şifahi şəkildə təqdim etdiyi təlimatlara riyaət etmək;
- Yanğın və təbii fəlakətlər zamanı aldığı təlim və təyinata müvafiq olaraq müdaxilə etmək;
- İş saatından əlavə olaraq təcili çağırışlara cavab vermək və zərurət yarandığı halda qarşılıqlı razılaşma əsasında iş vaxtından əlavə, ehtiyac olduğu halda növbəli iş rejimində işləmək;
- Tələb olunan materialları və ehtiyat hissələrini anbardan çıxarmaq, materiallardan yerində, düzgün və qənaətlə istifadə etməklə verilmiş işləri vaxtında yerinə yetirmək;
- İnteqrasiya idarəetmə sistemləri fəaliyyətlərinə uyğun olaraq, birbaşa və ya dolayı yolla öz səlahiyyətləri daxilində olan birliyi ilə əlaqəli planlaşdırma, tətbiq etmə, monitorinq və təkmilləşdirmə fəaliyyətlərini effektiv şəkildə həyata keçirmək;
- SAP sistemi üzərindən günlük və həftəlik işləri texniklər arasında bölüşdürmək, cari, əsaslı təmir bərpa sınaq-sazlama işlərini təşkil etmək və görülən işə (onun keyfiyyətinə) nəzarət etmək;
- SAP sistemi üzərindən yeni iş bildirişini yaratmaq, iş sifarişlərini yoxlamaq və lazımi tədbirləri görmək;
- Ehtiyat hissələri müəyyən etmək və sifarişi SAP sistemi üzərindən izləmək;
- Elektrik avadanlıqlarının təmir işləri ilə əlaqədar həftəlik və aylıq hesabatları hazırlamaq;
- Elektrik təmiri bölməsinin illik xərclərini büdcəyə uyğunluğunu izləmək;
- Hazırlanmış iş qrafikinə və onun mahiyyətinə uyğun olaraq tabeçiliyində olan işçilərin işlər üzrə bölüşdürülməsini təmin etmək, verilən tapşırıqların vaxtında başa çatdırılması üçün işləri daimi izləmək, nəzarəti altında olan işçilərin komanda kimi çalışmasını təmin etmək və bağlı olduğu rəhbərə hesabat hazırlamaq;
- Nəzarəti altında olan işçilərə lazımi təlimləri vermək, ehtiyac olunan təlimlər haqqında məlumatı və aparılan təlimlərin qiymətləndirmə nəticəsini böyük mühəndisə vaxtında bildirmək;
- Məsuliyyəti altında çalışan şəxslərdən təkliflərin şərhi və onlar barədə öz rəhbərinə: mükafat, tanınma, təqdiretmə və cəzalandırma ilə bağlı qaydalara uyğun olaraq tövsiyələr vermək;
- Podratçı şirkətin görəcəyi elektrik təmir işləri ilə bağlı işlərinin düzgün yerinə yetirilməsinə nəzarət etmək;
- Qəza duruşlarında elektrik nasazlıqlarını müvafiq təlimatlara əsasən ən qısa zaman çərçivəsində aradan qaldırmaq;
- Mərkəzləşmiş təmir qaydalarına uyğun olaraq zavodda bütün qurğular üzrə fəaliyyət göstərmək;
- İşlədiyi struktur bölmələrdə bütün elektrik avadanlıqlarının təftişini təmirini önləyici, qabaqlayıcı və bərpaedici qaydalara, yoxlama siyahılarına və təlimatlara uyğun olaraq yerinə yetirmək;
- Zavodda baş verəcək korporativ mədəniyyət dəyişikliyinə töhfələr vermək, yeni işləmə prosesinə sürətli şəkildə uyğunlaşmaq.
Tələblər
- Müvafiq sahə üzrə bakalavr təhsili (Elektrik mühəndisliyi və s.);
- Müvafiq sahə üzrə ən azı 3 il müvafiq iş təcrübəsi;
- Elektrik avadanlıqları, transformatorlar, elektrik mühərrikləri və idarəedicilər, generatorlar, elektrik stansiyaları və orta və yüksək gərginlikli əlaqəli paylayıcı qurğular, dəyişkən frekans tənzimləyiciləri, UPS və PLC haqqında məlumatlı olmalı;
- Proses P&ID sxemlərini, elektrikli SLD və sxematik diaqramları oxumaq və anlamaq, paylanmış idarəetmə sistemlərini (DCS), Güc İdarəetmə Sistemini (PMS), Atmosfer Partlayıcılarını (ATEX) anlamaq bacarığı, habelə bu avadanlıqların işlədilməsi, bərpası və əsaslı təmiri barədə məlumatlı olmalı;
- Yüksək və alçaq gərginlikli elektrik avadanlıqlarında elektrik əməliyyatlarının aparılmasını nəzəri və praktiki olaraq bilməli, elektrik əməliyyatlarının təşkil edilməsini bacarmalı;
- İngilis dili biliyi mükəmməl səviyyədə olmalı;
- Microsoft Office proqramları ilə işləmək bacarığı olmalı (Word, Excel, Power Point, Outlook).
İş yeri:
- Qaradağ rayonu
Müraciət forması:
Müraciət üçün uyğun namizədlərdən qeyd olunan linkə keçid edərək müraciət etməkləri xahiş olunur. https://socardownstream.az/az/vacancy/elektrik-isleri-uzre-muhendis
Son müraciət tarixi: 10.09.2024
İR BP üzrə aparıcı mütəxəssis
Son tarix 30 sen 2024 Müraciət et
Vəzifənin məqsədi
Biznes və İR funksional bölmələri arasında interfeys kimi fəaliyyət göstərmək və təşkilatın kadr strategiyasının onun biznes strategiyasına uyğun olmasını təmin etmək.
Vəzifə öhdəlikləri
- İR üzrə proqramları, prosedurları və xidmətləri həyata keçirmək üçün funksional bölmə rəhbərləri ilə əməkdaşlıq etmək;
- İşçi qüvvəsinin planlaşdırılması və büdcəsinin hazırlanması və nəzarətini təmin etmək;
- İşə qəbul və yeni işçilərin inteqrasiyası, fəaliyyət effektivliyinin idarə edilməsi, karyera məsələləri ilə əlaqədar məsləhətləşmə, işçilərin yerdəyişməsi və digər İR üzrə proseslər, siyasətlər və prosedurlar, o cümlədən, lakin qeyd edilənlər ilə məhdudlaşmadan, İR prosesləri portfelini həyata keçirmək və müvafiq hallarda məsləhətlər vermək;
- İşə qəbul zamanı namizədlərin rəhbərlərlə müsahibə prosesi və uyğun namizədin seçilməsində iştirak etmək, seçilmiş namizədlə bağlı əmək haqqının müəyyənləşdirilməsi və iş təklifi məktubunun namizədə təqdimi və təsdiqinitəmin etmək;
- Optimallaşdırma ilə əlaqədar iş yerinin ixtisara düşməsi barədə işçilərə təqdim olunacaq bildirişlərin hazırlanması, müvafiq vizalara və təsdiqə göndərilməsi, təsdiqlərdən sonra çap olunması və müəssisə rəhbərinə fiziki imzaya təqdim edilməsini təmin etmək;
- Funksional bölmə rəhbərləri ilə mütəmadi görüşləri keçirmək, aylıq və ya rüblük təqdimatları təqdim etmək;
- Funksional bölmə işçiləri ilə mütəmadi görüşləri keçirmək;
- Funksional bölmələrin iş təsviri formalarının yaradılmasına nəzarət etmək;
- Performans və istedadların idarə edilməsi proseslərini həyata keçirmək;
- Funksional bölmə işçilərinin karyera planlaşdırması və idarə olunmasına dəstək vermək.
Tələblər
- Müvafiq sahə üzrə bakalavr və ya magistr təhsili (Sosial elmlər və psixologiya, İnsan resurslarının idarə edilməsi, biznesin idarə olunması, sosiologiya və s.);
- İnsan Resursları sahəsində ən azı 3 il iş təcrübəsi;
- İşə qəbul və işçilərin inteqrasiyası üzrə ən azı 1 il müvafiq iş təcrübəsi;
- İR Biznes Tərəfdaş kimi iş təcrübəsi arzuolunandır;
- SHRM/CIPD sertifikatları arzuolunandır;
- IR biznes əməkdaşlığı modeli, fəaliyyət effektivliyinin idarə edilməsi, kadrların kvalifikasiyasının artırılması və
- mükafatlandırma sistemi üzrə ümumi anlayışa malik olmaq;
- Microsoft office proqramlarında işləmək bacarığı;
- SAP sistemində kadr idarəetmə modulu (SAP HCM) və SAP sistemində müvəffəqiyyət amili modulu (SAP SF) ilə
- Işləmək bacarığı arzuolunandır;
- Azərbaycan və ingilis dillərində səlis yazmaq və danışmaq bacarığı; ükəmməl analitik, şəxsiyyətlərarası bacarıqlar, danışıqlar aparmaq və mübahisələrin həlli üzrə bacarıqlar;
- İşləri vaxtında çatdırmaq bacarığı və iş vaxtını idarə etmək qabiliyyəti.
Iş yeri:
- Qaradağ rayonu
Müraciət forması:
Müraciət üçün uyğun namizədlərdən qeyd olunan linkə keçid edərək müraciət etməkləri xahiş olunur. https://socardownstream.az/az/vacancy/insan-resurslari-biznes-terefdasliq-uzre-aparici-mutexessis-85
Son müraciət tarixi: 10.09.2024