SOCAR Downstream Management
Ətraf mühit üzrə texnik
Son tarix 01 sen 2024 - Müraciət et
Vəzifənin məqsədi
İstehsalat və Layihə əməliyyatları zamanı gündəlik işlərin ekoloji qanunlara, standartlara və proseduralara uyğun aparıldığına nəzarət etmək, ekoloji uyğunsuzluqları müəyyən etmək və həll yolları təklif etmək
Vəzifə öhdəlikləri
- Sağlamlıq üçün Təhlükəli Maddələrə Nəzarət (COSHH);
- Sahədə ətraf mühitin mühafizəsi (təhlükənin kommunikasiyası, kimyəvi və fiziki məhlullar, sanitar-gigiyenik vəziyyət, materialların daşınması);
- Kimyəvi materiallara nəzarət;
- Sahədə gündəlik nəzarət və sahədə ətraf mühit proseslərinin koordinasiyası yoxlamaları və hesabat verilməsi;
- Torpağın mühafizəsinin (eroziya, çökmə, tozlanmaya nəzarət) yoxlanılması;
- Sahədə səs-küyün təsirlərinin azaldılması tədbirlərinin yoxlanması;
- Sahədə flora və faunanın mühafizəsinin yoxlanması;
- Ətraf mühitin mühafizəsi tələblərində çatışmazlıqların müəyyən edilməsi;
- Ətraf mühitlə əlaqədar hər hansı məsələ üzrə texniki dəstəyin təmin olunması;
- Ətraf mühitin mühafizəsi ilə bağlı şirkətdaxili iş öncəsi qısa təlimatlandırmanın, təlimlərin aparılması və ya tövsiyələrin verilməsi;
- Çirklənmənin qarşısının alınması və - Torpaq, Hava və Suyun çirklənməsinə nəzarət, Səs-küyə nəzarət proseduraları;
- Neft dağılmasına qarşı cavab tədbirləri;
- Ekoloji monitorinqlərdə iştirak etmək (atmosfer havasının keyfiyyətinin ölçülməsi, su, torpaq nümunələrinin götürülməsi və s.);
- Təşkilat, planlaşdırma və vaxtaşırı sahə gəzintiləri, sahə inspeksiyaları, hesabatların hazırlanması, tədbirlər planları, izləmələrin yoxlanmasında iştirak və bərpaedici tədbirlərin vaxtında icrası;
- SDM Tullantıların İdarə olunması Planına əməl olunması;
- Tullantıların sahədə toplanmasına, saxlanmasına və sahədən kənara daşınmasına nəzarət;
- Tullantıların düzgün çeşidlənməsi, daşınması, saxlanmasına və tullantı qəbzlərinin hazırlanmasına cavabdehlik;
- Tullantıların hesabatının aparılması;
- SOCAR Downstream nəznində olan digər müəssisələrə ezam.
Tələblər
- Bakalavr və ya peşə litseyi / kollec dərəcəsi;
- 1 il uyğun təcrübə;
- İngilis dili - ən azı başlanğıc səviyyədə;
- Podratçıların idarə olunması və tikinti heyəti ilə iş təcrübəsi;
- Tullantıların idarə olunması üsulları və sisteminə dair praktik təcrübə;
Əlavə tələblər:
- Ünsiyyət qabiliyyəti, işçilərə əsas peşəkar məlumatı aydın çatdıra bilmə və fikrini sərbəst ifadə edə bilmə bacarığı
Müraciət forması:
Müraciət üçün uyğun namizədlərdən qeyd olunan linkə keçid edərək müraciət etməkləri xahiş olunur.
Son müraciət tarixi: 10.08.2024
Kimyəvi təhlil üzrə laborant (QMİ)
Son tarix 01 sen 2024 Müraciət et
QMİ üzrə kimyəvi təhlil üzrə laborantı analizator alətlərinə texniki qulluq, kalibrləmə və sınaqların bütün aspektlərinin həyata keçirilməsini təmin edir. QMİ üzrə kimyəvi təhlil üzrə laborant sahə analizatorlarının dövri yoxlamalarına, texniki xidmət fəaliyyətlərinə cavabdehdir. Bu xidmətlər Şirkətin qaydalarına, tətbiq olunduğu hallarda Azərbaycan Respublikasının Qanunvericiliyinə və ISO/IEC 17025 standartını ən son versiyasına, ISO/ASTM metodlarına uyğun olaraq aparılır.
Vəzifə öhdəlikləri
- Laboratoriya işi təlimatlarına uyğun olaraq kimyəvi reagentləri, məhlulları və iş standartlarını hazırlamaq;
- Sahədə müxtəlif keyfiyyət ölçmə alətlərinin (QMI) sazlığını və avadanlıqların məqsədə uyğun olmasına cavabdehlik daşımaq;
- Əsas texniki xidmət fəaliyyətləri ilə müxtəlif avadanlıqlar üçün saxlama vəzifələrini yerinə yetirmək və problemləri QMI Böyük Mühəndis və ya QMİ Rəis müavininə çatdırmazdan əvvəl nasaz avadanlığın tam araşdırılmasını həyata keçirmək;
- Təyin edilmiş alətlərin vəziyyətinə nəzarət etmək və yoxlamaq, iş təlimatlarında, prosedurlarda və ya texniki xidmət planında göstərildiyi kimi sahə analizinin etibarlılığını təmin etmək üçün lazımi kalibrləmə və analitik metodların performans yoxlanışını həyata keçirmək;
- Bütün nasazlıqların təmiri işlərini hər bir analizator sisteminin risk qiymətləndirilməsini, “Hündürlükdə İş” və “Qapalı Məkanı əhatə edən SƏTƏM qaydalarına uyğun olaraq aparmaq;
- QMI-lər bütün sahə fəaliyyətləri üçün Laboratoriya rəhbərliyi ilə gündəlik məlumatlandırmaq;
- Laboratoriya əməliyyatları ilə bağlı Laboratoriyalarının Standart Əməliyyat Prosedurları, İş Təlimatları, analitik avadanlıqların istismar təlimatları və s. kimi sənədləri ilə tanış olmaq və lazım gəldikdə yenilənməsi üçün təkliflər vermək;
- Qəbul edilmiş nümunələri LIMS-də sistematik olaraq qeyd etmək, keyfiyyətə uyğunluq tələblərinə uyğun olaraq sahə analizatorları arasında uyğunluğa nəzarət etmək;
- QMI ilə əlaqəli prosedurlar, iş təlimatları, proqramlar və ya hər hansı xüsusi fəaliyyət hesabatı və ya xüsusi təlimat hazırlamaq;
- QMI nümunələrinin nəticələrini LIMS-də qeyd etmək, daxil etmək və hesabat vermək;
- Bütün qeydlərin həm kağız, həm də elektron nüsxələrdə saxlanmasını və bütün sənədlərin dəqiq doldurulmasını təmin etmək;
- Normadan kənar nəticələrin tədqiqini həyata keçirmək və nəzarət altında düzəldici və qabaqlayıcı tədbirlər həyata keçirmək;
- Laboratoriya işləri təlimatlarına, yoxlama, kalibrləmə və texniki xidmət planlarına uyğun olaraq texniki xidmət fəaliyyətlərində iştirak etmək;
- Kimyəvi maddələrin, ehtiyat hissələrinin, şüşə məmulatların, standart qarışıqların istehlakını və ya qəbulunu düzgün qeyd edərək, LIMS-də inventarın idarə edilməsinin yenilənməsini həyata keçirmək;
- Alətlərin/avadanlığın vəziyyəti haqqında yenilənmiş məlumatları təqdim etmək və alətin nasazlığı və ya ehtiyat hissələrinin, sərf olunan materialların, reagentlərin çatışmamazlığı barədə vaxtında məlumat vermək;
- Avadanlıqlardan və şüşə qablardan məqsədəuyğun istifadəyə, nümunələrə və QMI-lərə cavabdehlik daşımaq;
- Bütün təmir işlərinin prosedurlara və təlimatlara uyğun aparıldığını yoxlamaq;
- Təsdiq edilmiş prosedurlara uyğun olaraq bütün analizator sistemlərinin mümkün olan ən yüksək səviyyədə olmasını təmin etmək üçün müntəzəm monitorinq aparmaq;
- Nümunələrin idarə edilməsi sistemlərinin və qaz silindrlərinin dəyişdirilməsinin müntəzəm monitorinqini həyata keçirimək;
- Ölçmələrin düzgünlüyünü təmin etmək üçün analizatorlar üçün kalibrləmə qazlarını nəzarətdə saxlamaq;
- Analizatorlar üçün ehtiyat hissələrinin siyahısını tərtib etmək;
- Qabaqlayıcı və düzəldici baxış zamanı təmir komandası ilə qarşılıqlı əlaqədə olmaq;
- Vendor məlumatlarına və istehsalçının spesifikasiyasına əsaslanaraq profilaktik baxım və diaqnostika prosedurlarını həyata keçirmək;
- Müxtəlif təchizatçılardan təmin olunmuş sistemlərdə ətraflı funksional testlər həyata keçirmək;
- Sahə analizatorların daxili yoxlamasını həyata keçimək;
- Müntəzəm fəaliyyətləri yerinə yetirmək üçün digər analizator laborantlar ilə bir komandada işləmək;
- Bütün işlərin təhlükəsiz iş prosedurlarına, təhlükəsizlik iş qaydalara uyğun aparılmasını təmin etmək;
- Laboratoriya avadanlıqlarına texniki qulluq fəaliyyətlərinə cavabdehlik daşımaq;
- Xüsusi laboratoriya avadanlıqlarının bütün kalibrləmə vəziyyətinə nəzarət etmək və vəziyyəti haqqında vaxtaşırı laboratoriya mütəxəssisinə məlumat vermək;
- Bütün şirkət siyasətlərinə, təhlükəsizlik standartlarına və laboratorya təmizliyi qaydalarına əməl etmək;
- Laboratoriya QMI Mütəxəssisi və Laboratoriya Rəhbərliyinə hesabat vermək;
- Fərdi mühafizə vasitələrin vaxtında və düzgün istifadəsinə riayət etmək;
- Zəruri hallarda tərəddüd etmədən müdaxilə etmək və laboratoriya ilə əlaqəli bütün aspektlər üçün SƏTƏMM qaydalarını xatırlatmaq;
- Sanitariya-gigiyena və yanğın təhlükəsizliyi qaydalarına, daxili intizam qaydalarına riayət etmək.
Tələblər
- Kimya, Elektrik və Mexanika sahəsində peşə təhsili
- QMI texniki xidmət və təminat, cihaz mühəndisliyi, laboratoriya, prosesə nəzarət və avtomatlaşdırma, dizayn, nasazlıqların aradan qaldırılması, texniki xidmət və ya istehsal mühitində təminat sahələrində minimum 1 il təcrübə
- Sahə analizatorunun profilaktik və düzəldici təmiri üzrə güclü bilik
- Microsoft Office Proqramları haqqında yüksək bilik
- Analizatorların mexaniki və elektrik funksiyaları haqqında biliklər
- Kimyəvi maddələr, qazlar və risklər haqqında yaxşı bilikləri
- Yaxşı təşkilatçılıq və komandada işləmə bacarığı
- Bacarıq/ixtisas sahələrində kollektivin inkişafına və təliminə töhfə vermək
- Dürüstlük, tərəfdaşlıq və etimad dəyərlərinə sadiqliyini nümayiş etdirib, insident və xəsarətsiz mühitə nail olmaq
- Müxtəlif növ analizatorlarla işləmək üçün minimum 1 illik proses analizator təcrübəsi tələb olunur
- Proses analizatorlarının istismarı, nasazlıqların aradan qaldırılması və texniki xidmət sahəsində təcrübə
- Sxemalar, spesifikasiyalar, P&ID-lər və s kimi texniki sənədlərini oxumaq bacarığı
- Analizatorların nasazlığının və nasazlığın səbəbini diaqnostika etmək, lazımi qabaqlayıcı və düzəldici texniki xidmət göstərmək bacarığı
İş yeri – Sumqayıt şəhəri
Müraciət forması:
Qeyd edilmiş linkə daxil olaraq müraciət edə bilərsiniz.
Son müraciət tarixi: 10.08.2024
Korroziya üzrə mühəndis
Son tarix 01 sen 2024 Müraciət et
Vəzifənin məqsədi
SDM-ə tabe olan bütün obyektlərində statik avadanlıqların etibarlılıq fəaliyyətini həyata keşirir .
SDM-in etibarlılıq göstəricilərinə və hədəflərinə uyğunluğun monitorinqini aparır və etibarlılıq inkişaflarını müəyyən etmək və həyata keçirmək üçün Korroziya Menecerə dəstək verir.
Vəzifə öhdəlikləri
- Texnoloji proseslər üçün korroziyaya nəzarət sənədini (Corrosion Control Document) hazırlamaq;
- Risk Əsaslı Təftiş (RBI) tədqiqatlarında iştirak etmək;
- SDM-in Neft-Kimya Sənayesinə tabe olan bütün müəssisələrin korroziya monitorinqi (Korroziya kuponlarından/problardan istifadə edərək) və korroziyanın qarşısının alınması (Katodik Mühafizə, boyama, kimyəvi inhibitor, korroziyaya davamlı material seçimi-CRA) ilə bağlı bütün fəaliyyətlərində iştirak etmək;
- SDM-in Neft-Kimya Sənayesinin Bütünlük və Etibarlılıq Departamenti tərəfindən müəyyən edilmiş aparıcı fəaliyyətlər göstərmək;
- Korroziya dövrlərini və korroziya (zərər) mexanizmlərini icra etmək;
- Risklərin müəyyən edilməsi,qiymətləndirilmək və hesabat vermək;
- Mövcud qanunvericilik aktlarına,sənayenin qabaqcıl təcrübələrinə, qaydalarına, rəhbər sənədlərinə, kodekslərə və standartlara uyğun olaraq, düzgün fəaliyyətin həyata keçirilməsində korroziya üzrə dəstək olmaq, müvafiq qeydlərin düzgün aparılmasını təmin etmək və yoxlamalarda təqdim etmək, bu işlər üzrə inkişaf sahələri ilə bağlı təkliflər vermək;
- Müəyyən edilmiş korroziyaya nəzarət fəaliyyətlərinin düzgün icra edilməsini təsdiqləmək;
- Qurğu, avadanlıq və boru xətlərindəki sızmaların araşdırılmasında fəal iştirak etmək;
- Aylıq korroziya hesabatını hazırlamaq və rəhbərə təqdim etmək;
- Texniki nəzarət işlərindən sonra yaradılmış, təklif və nəticələri özündə əks etdirən hesabatların təhlilinə və zəruri təkmilləşdirmə tədbirlərinin müəyyənləşdirilməsinə dəstək vermək;
- Korroziyaya qarşı mübarizə tədbirlərinin nəticələrinə görə müvafiq şöbələri məlumatlandırmaq;
- Texniki nəzarətdən və sınaq planlarından kənara çıxan obyektlər üçün nəticənin və təsir mexanizmlərinin araşdırılmasında iştirak etmək;
- Əsas səbəblərin analizi, təhlili və sazlama təhdiqatlarında yaxından iştirak etmək, bu barədə ətraflı hesabatın hazırlamasında fəal iştirak etmək;
- Planlı Dayanma Şöbəsi ilə əlaqəli işləmək və dayanma zamanı həyata keçiriləcək texniki nəzarət tədbirlərinin müəyyən edilməsinə dəstək vermək;
- Lazım gəldikdə ACA, RCM, HAZOP, SIL, 5WHY, RCA, və s. işçi qruplarda fəal iştirak etmək;
- SDM-in Neft-Kimya Sənayesinə tabe olan bütün müəssisələrin korroziya monitorinqi və korroziyanın qarşısısnın alınması ilə bağlı bütün fəaliyyətlərində iştirak etmək;
- Avadanlıq və xətlərin Korroziyaya Nəzarət Zonalarının KNZ (CML) müəyyən edilməsinə, nəzərdən keçirilməsinə və inkişafına dəstək vermək,Texniki Nəzarət şöbəsinin məlumatlarının toplanmasında iştirak etmək;
- SDM-in Neft-Kimya Sənayesinin SƏTƏMM (İSG) tələbləri və hədəfləri barədə məlumatlı olmaq, işçi heyəti və subpodratçıları buna uyğun istiqamətləndirməsinə kömək etmək, məsul olduğu ərazidə bədbəxt hadisələrin qarşısının alınması məqsədilə qüvvədə olan İSG qaydalarına riayət olunması üçün zəruri nəzarət həyata keçirmək və aidiyyəti işçilərə xəbədarlıq etmək;
- Korroziya ilə bağlı məsələlərdə müstəqil qərar qəbul etmək;
- Şirkətin siyasətinə, missiyasına, onun baxışına, korporativ dəyərlərinə, hüquqi və digər tələblərinə, habelə şirkətin etik norma və qaydalarına, təlimatlarına, strategiyasına və məqsədlərinə uyğun fəaliyyət göstərmək: bunların tabeliyində olan işçilər tərəfindən qəbul edilməsini və yayılmasını təmin etmək;
- Əməyin mühafizəsi, təhlükəsizlik texnikası və ətraf mühit mədəniyyətinə uyğun davranmaq, əməyin mühafizəsi və təhlükəsizlik texnikası qaydalarına riayət etmək, uyğunsuzluq aşkar edildikdə rəhbər vəzifədə olan şəxsə və SƏTƏMM (İSG) üzrə səlahiyyətli işçilərə məlumat vermək;
Tələblər
- Korroziya üzrə ali texniki təhsil;
- Müvafiq sahə üzrə 3 ildən az olmayaraq iş stajı;
- Azərbaycan Respublikasının qanunlarını, qaydalarını, qüvvədə olan qaydaları, rəhbər sənədləri, təlimatları və qabaqcıl Beynəlxalq(NACE, ASME, API, ASTM, API-571, API-580, APİ-581, API-570 və API-510) standartları bilmək.
İş yeri: Sumqayıt şəhəri
Müraciət forması:
Qeyd edilmiş linkə keçid edərək müraciət edə bilərsiniz.
Son müraciət tarixi: 10.08.2024
Xərclərin Analizi üzrə Kiçik Mütəxəssis
Son tarix 11 avq 2024 Müraciət et
Vəzifənin məqsədi
Xərclərin Analizi üzrə Kiçik Mütəxəssis istehsal xərclərinin ətraflı təhlilinə, maliyyət uçotu siyasətlərinin saxlanılmasına kömək etməyə və maliyyət məlumatlarının düzgünlüyünü təmin etməyə yönələcək.
Vəzifə öhdəlikləri
- SAP sistemində BOM məlumatlarının dəqiq daxil edilməsinə və saxlanmasına kömək etmək üçün çarpaz funksional komandalarla sıx əməkdaşlıq etmək.
- Xərclərin dəqiq tutulmasını təmin edərək, iş sifarişlərinin nəzərdən keçirilməsində və təsdiqində iştirak etmək.
- Qərarların qəbulu və məsrəflərə nəzarət tədbirlərində idarəetməyə kömək etmək üçün xərc təhlili hesabatlarının hazırlanmasına töhfə vermək.
- Xərc məlumatlarının bütövlüyünü təmin etmək üçün mütəmadi olaraq maliyyə, istehsal və satınalma departamentləri ilə əməkdaşlıq etmək.
Tələblər
- Maliyyə, Mühasibatlıq və ya müvafiq sahədə bakalavr dərəcəsi.
- Neft emalı və ya neft-kimya sektorunda təcrübəyə üstünlük verilməklə, istehsal məsrəflərin uçotu və ya müvafiq sahədə 1+ illik təcrübə.
- Xərclərin uçotu prinsipləri və təcrübələri haqqında möhkəm anlayış.
- SAP və ya digər ERP sistemlərində işləmə bacarığı.
- Məlumatların təhlili və hesabat alətlərinin istifadəsində güclü bacarıqlar.
- Mükəmməl analitik, problemin həlli və detallara diqqət.
- Yaxşı ünsiyyət bacarıqları və komandada effektiv işləmək bacarığı.
- ACCA F3 tələb olunur (digər ACCA sertifikatları üstünlükdür).
Müraciət forması:
Müraciət üçün uyğun namizədlərdən qeyd olunan linkə keçid edərək müraciət etməkləri xahiş olunur.
Son müraciət tarixi: 10.08.2024
Taxtabənd və hündürlükdə görülən işlər üzrə böyük mühəndis
Son tarix 10 avq 2024 Müraciət et
Vəzifə öhdəlikləri
- Taxtabənd və hündürlükdə görülən işlərə təhlükəsiz və səmərəli şəkildə qurulmasını, dəyişdirilməsini və sökülməsinə nəzarət
- Hündürlükdə işləmək üçün təhlükəsizlik prosedurlarının tələblərinin icra edilməsi
- İşçilər üçün təhlükəsiz taxtabənd təcrübələri və hündürlükdə işləmək üzrə təlimlər keçirilməsi
- Prosedurlar, avadanlıqlar və ya qaydalar dəyişdikcə davamlı təlim və yeniləmələri təmin edilməsi
- Taxtabənd və hündürlükdə iş təcrübələrinin müntəzəm təftişlərini və auditlərini həyata keçirilməsi
- Bütün taxtabənd və hündürlükdə işlərin sənədləşdirilməsini və təhlükəsizlik standartlarına uyğun olmasını təmin edilməsi
- Taxtabənd və hündürlükdə işlər üçün risk qiymətləndirmələrini aparılmasına nəzarət etmək
- Potensial təhlükələri müəyyənləşdirin və riskləri azaltmaq üçün tədbirlərin görülməsi
Tələblər
- Mühəndislik, Əməyin Təhlükəsizliyi, Sənaye Təhlükəsizliyi və ya əlaqəli sahədə bakalavr dərəcəsi.
- Ünsiyyət və təlim bacarıqları.
- Detallara yüksək diqqət və analitik bacarıqlar.
- Müxtəlif komanda və şöbələrlə əməkdaşlıq etmək bacarığı.
- Yerli qanunvericiliyin tələbinə əsasən hündürlükdə görülən işlər üzrə təlimin olması (səviyyə 3)
- SƏTƏMM dair sertifikatlar olması
Müraciət forması:
Müraciət üçün uyğun namizədlərdən qeyd olunan linkə keçid edərək müraciət etməkləri xahiş olunur.
Son müraciət tarixi: 10.08.2024