SOCAR Downstream Management
APC Manager
Son tarix 16 apr 2024 [email protected]
Qualification:
- Minimum of 10 years of working experience for the APC/ Process Discipline in the crude oil refining and petrochemical related industry including utilities
- Degree in Chemical Engineering
- Processes knowledge in Oil & Gas Industry
- Process control and automation knowledge
- APC (Advanced Process Control) knowledge
- Distillation Column Control knowledge
- Project Plan Development knowledge
- Problem Solving / Confronting Problems
- Result oriented
- Team Work
Job Description:
- To ensure coordination for each unit and team members regarding any problem, decision and consultancy request of the Advanced Process Control and Process Automation Management discipline.
- Help manage technologies, platforms, and intellectual property.
- Deciding on KPIs (Key Performance Indicators) related to Advanced Process Control and Automation management processes.
- Ensuring that Advanced Process Control and Automation management procedures and standards are aligned with international standards and precedent practices.
- Effectively manage and coordinate outsourcing service providers; organize and manage appropriate third-party contractor support where necessary.
- Work with other department managers/directors to define scope, features and estimations for new APC projects/applications.
- Recommend and implement process control improvements aimed at improving the economic performance or operation of units, Coordinating with Process and Production teams for the effective implementation of Process Control processes.
- To plan (or roadmap) for CPM (Controller Performance Monitoring), base layer and APC projects for the production units and support budget teams to plan budget accordingly.
- Inform and work together with OT (Operation Technologies) team to install new servers for APC, CPM, Alarm Management products
- To act in accordance with the company's policies, mission, vision, corporate values, legal and other requirements, as well as company ethical rules, policies, procedures, instructions, strategies and targets;
- To ensure that the relevant rules, policies and other requirements are adopted and disseminated by the personnel in positions reporting to him/her;
- To inform the relevant units in case of any violation within the company regarding these issues.
Application Instruction:
Kindly submit your CV and indicate the position you are applying for in the Subject line. All applications for the advertised post will be assessed and given equal opportunities.
Application closing date: 15.04.2024
SOCAR Downstream Management
Nəqliyyat və yükqaldırma əməliyyatları üzrə aparıcı mühəndis
Son tarix 11 apr 2024 [email protected]
Vəzifənin məqsədi:
- Avadanlıqların (qaldırıcı qurğular) və nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz şəkildə fəaliyyətini təmin etmək və alətlərin sazlığını təmin etmək üçün təmirini planlanlayıb təşkil etmək.
Vəzifə öhdəlikləri:
- SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərinə, istismar qaydalarına, qurumun prosedurlarına riayət etmək;
- İş saatından əlavə olaraq təcili çağırışlara cavab vermək və zəruriyyət yarandığı halda iş vaxtından əlavə və ehtiyac duyulduğu halda növbəli iş rejimində işləmək;
- Yanğın və təbii fəlakətlər zamanı aldığı təlim və təyinata müvafiq olaraq müdaxilə etmək;
- Yükqaldırma avadanlıqlar, nəqliyyat vasitələrində profilaktik, texniki xidmət və təmir işlərinin planlarının yaradılması və icrasına nəzarət etmək;
- Zavodda podratçı şirkətin görəcəyi yük qaldırma işləri ilə bağlı iş siyahısının və texniki şərtnamələrin hazırlanması və işlərin yerinə yetirilməsinə nəzarət etmək;
- Yükqaldırma avadanlıqları və aksessuarları üçün planlaşdırılmış günlük, həftəlik və illik təmir və təftiş planlarını hazırlamaq;
- Yararsız yükqaldırma avadanlıqlarının və aksessuarlarının istismardan çıxarılmasını təmin etmək;
- Yükqaldırma avadanlıqlarının və aksessuarlarının serifkatlarının uyğunluğunu yoxlamaq və təmin etmək;
- Yük qaldırma planlarını yaratmaq;
- Nəqliyyat subpodratçısı ilə bağlı işləri idarə etmək və əlaqələndirmək;
- Sahədə bütün yükqaldırma fəaliyyətlərini idarə etmək və onlara rəhbərlik etmək;
- Bütün yük qaldırıcı avadanlıqların vəziyyətinə nəzarət etmək (məsələn: kranlar, avtoyükləyicilər, körpülü kranlar və s.);
- Avadanlıqların təmiri ilə bağlı fəaliyyətlərin planlaşdırılması üçün əraziyə səfərlər etmək;
- Kritik yük qaldırma fəaliyyətlərini əlaqələndirmək;
- Daşıma və qaldırma fəaliyyətləri ilə bağlı bütün texniki xidmət sahələrindən gələn tələbatı təmin etmək;
- Məsuliyyəti altında çalışan şəxslərdən təkliflərin şərhi və onlar barədə öz rəhbərinə məlumat vermək; mükafat, tanınma, təqdiretmə və cəzalandırma ilə bağlı proseduralara uyğun olaraq rəhbərinə tövsiyələr vermək;
- Nəzarəti altında olan işçilərə lazımi təlimlər vermək, rəhbərinə əlavə təlim tələbləri vaxtında bildirmək, onların iş fəaliyyətlərinə nəzarət etmək və qiymətləndirmə nəticələrini rəhbərinə bildirmək;
- İnteqrasiya idarəetmə sistemləri fəaliyyətlərinə uyğun olaraq, birbaşa və ya dolayı yolla öz səlahiyyətləri daxilində olan birliyi ilə əlaqəli planlaşdırma, tətbiq etmə, monitorinq və təkmilləşdirmə fəaliyyətlərini effektiv şəkildə həyata keçirmək;
- Yük qaldırma işləri ilə əlaqədar müxtəlif təlim materiallarını hazırlamaq, işçi heyətinə təlim keçmək;
- Zavodda baş verəcək korporativ mədəniyyət dəyişikliyinə töhfə vermək, yeni işləmə prosesinə sürətli şəkildə uyğunlaşmaq.
Tələblər:
- Müvafiq mühəndislik sahəsi üzrə bakalavr təhsili;
- Müvafiq sahə üzrə ən azı 8 il iş təcrübəsi;
- İxtisasa uyğun olan diplom, beynəlxalq və yerli standartların tələblərinə cavab verən sertfikatlar; (Appointed Person Crane, Appointed Person Rigging, Rigger OPITO Level 3, Banksman/Slinger, Rigging and Lifting, STCW)
- İşləri planlamaq və nəzarət etmək bacarığının olması;
- Yükqaldırma avadanlıqlarının təftişi haqqında məlumatlı olmalı;
- İngilis dili biliyi mükəmməl səviyyədə olmalı;
- Microsoft Office proqramları ilə işləmək bacarığı olmalı (Word, Excel, Power Point, Outlook).
İş yeri: Qaradağ rayonu
Müraciət forması:
Müraciət üçün uyğun namizədlərdən CV-lərini “mövzu” hissəsində vakansiyanın adını “Nəqliyyat və yükqaldırma əməliyyatları üzrə aparıcı mühəndis (Qaradağ)” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur.
Son müraciət tarixi: 10.04.2024
Havalandırma (HVAC) sistemləri üzrə çilingər
Son tarix 11 apr 2024 [email protected]
Vəzifənin məqsədi:
- Havalandırma, isitmə və soyutma sistemlərinin iş performansına, texniki xidmət və təmir işlərinə sahədə nəzarətin aparılması
Vəzifə öhdəlikləri:
- Yarımstansiyalar üzrə (İnzibati, Operator binaları və s. daxil) Neft Emalı zavodunda (HAOR) İsitmə-soyutma, hava tədarükü sistemlərin/avadanlıqların mexaniki, elektron və avtomatlaşdırılmış hissələrində müayinə və yoxlamaları həyata keçirmək, texniki xidmət, təmir-bərpa, yoxlamalar zamanı aşkarlanan nasazlıqlar və problemlərlə bağlı müvafiq rəy vermək;
- Quraşdırma , sazlama , sınaq və istismara buraxılması işlərinə nəzarət etmək;
- Avadanlıqların soyutma-isitmə güclərini, hava miqdarını və digər texniki parametrlərini düzgün yoxlamaq;
- Qırılan və ya qüsurlu komponentlərin təmiri və ya dəyişdirilməsinə nəzarət etmək və dəstək göstərmək;
- Təmir edilmiş komponentlərin və mexanizmlərin normal işləməsi üçün yoxlama testlərini təmin etmək;
- Məsul olduğu sahələrdə avadanlıqların və texniki qurğular üçün texniki qulluq planın hazırlanmasında iştirak etmək və plana uyğun nəzarət işləri aparmaq;
- Texniki qulluq üçün lazım olan ehtiyat hissə, alət və avadanlıqların planlı şəkildə təminatını təmin etmək;
- Məsul olduğu sahələrdə planlaşdırılan və yerinə yetirilmiş işlər üzrə tələb olunan qaydada rəhbərliyə hesabatların təqdim olunmasını təmin etmək.
Tələblər:
- Müvafiq sahə üzrə orta-ixtisas təhsili (Texniki sahə üzrə);
- Havalandırma sistemlərinin avtomatikası, havalandırma, isitmə və soyutma sistemləri üzrə minumum 5 il iş təcrübəsi
- İngilis dili biliyi arzu olunandır
Müraciət forması:
Müraciət üçün uyğun namizədlərdən CV-lərini “mövzu” hissəsində vakansiyanın adını “Havalandırma (HVAC) sistemləri üzrə çilingər” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur.
Son müraciət tarixi: 10.04.2024
Vibrasiya monitorinqi üzrə texnik
Son tarix 11 apr 2024 [email protected]
Vəzifənin məqsədi:
- Zavod ərazisində cavabdeh olduğu avadanlığın və texniki vasitələrin təmirini əvvəlcədən qəbul edilmiş yazılı və şifahi göstərişlər, standartlar çərçivəsində həyata keçirmək.
Vəzifə öhdəlikləri:
- SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərinə, istismar qaydalarına, qurumun prosedurlarına riayət etmək;
- Cari təmir çatışmazlıqlarını və nasazlıqlarını aradan qaldırmaq, əlavə quraşdırma, montaj işlərinin təlimat və standartlara uyğun edilməsi barədə rəhbərinin yazılı və ya şifahi şəkildə təqdim etdiyi təlimatlara riayət etmək;
- Təmir, quraşdırma zamanı tələb olunan bütün alət və avadanlıqlardan düzgün istifadə etmək;
- Yanğın, təbii fəlakətlər zamanı aldığı təlim və təyinata müvafiq olaraq müdaxilə etmək;
- İş saatından əlavə olaraq təcili çağırışlara cavab vermək və zərurət yarandığı halda qarşılıqlı razılaşma əsasında iş vaxtından əlavə, ehtiyac olduğu halda növbəli iş rejimində işləmək;
- Tələb olunan materialları və ehtiyat hissələrini anbardan çıxarmaq, materiallardan yerində, düzgün və qənaətlə istifadə etməklə verilmiş işləri vaxtında yerinə yetirmək;
- İş yerlərini təmiz saxlamaq, tullantıların idarəedilməsi proseduruna (EİP 02/10) riayət etməklə ətraf mühitin çirklənməsinin qarşısını almaq;
- İnteqrasiya idarəetmə sistemləri fəaliyyətlərinə uyğun olaraq, birbaşa və ya dolayı yolla öz səlahiyyətləri daxilində olan, birlikdə planlaşdırma, tətbiq etmə, monitorinq və təkmilləşdirmə fəaliyyətlərini effektiv şəkildə həyata keçirmək;
- Verilən iş tapşırıqlarını səmərəli, qüsursuz və etibarlı şəkildə yerinə yetirmək, müxtəlif tapşırıqlar üçün daima özünü təkmilləşdirmək, təlimlərdə fəallıq göstərmək, işi təhlükəsiz, yüksək keyfiyyətdə, işə icazə sənədlərinə uyğun olaraq xətasız görmək;
- Mərkəzləşmiş təmir proseduruna uyğun olaraq zavodda bütün qurğular üzrə fəaliyyət göstərmək;
- İşlədiyi struktur bölmələrdə bütün fırlanan avadanlıqların təftişinin, təmirinin önləyici və bərpaedici prosedurlara, yoxlama siyahılarına və təlimatlara uyğun olaraq yerinə yetirmək;
- İllik, aylıq, həftəlik təmir planlarındakı işləri proqrama uyğun həyata keçirmək;
- SAP programı üzərindən şirkət tərəfindən müəyyən edilmiş öhdəlikləri yerinə yetirmək;
- Zavodda baş verəcək korporativ mədəniyyət dəyişikliyinə töhfə vermək, yeni işləmə prosesinə sürətli şəkildə uyğunlaşmaq.
Tələblər:
- Mexanika üzrə texniki təhsil (peşə, orta-ixtisas);
- Müvafiq sahə üzrə ən azı 1 il iş təcrübəsi;
- Beynəlxalq və yerli standartların tələblərinə, təlimatlarına əsaslanaraq bütün fırlanan avadanlıqları sazlamaq və onlara xidmət etməyi bacarmaq;
- Yoxlanışlar aparmaq üçün hündürlükdə işləmək bacarığı olmalı.
İş yeri: Qaradağ rayonu
Müraciət forması:
Müraciət üçün uyğun namizədlərdən CV-lərini “mövzu” hissəsində vakansiyanın adını “Vibrasiya monitorinqi üzrə texnik (Qaradağ)” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur.
Son müraciət tarixi: 10.04.2024