Statik avadanlıqlar üzrə aparıcı mühəndis
Son tarix 30 yan 2024 [email protected]
Vəzifənin məqsədi:
- Zavod ərazisində cavabdeh olduğu avadanlığın və texniki vasitələrin təmirini əvvəlcədən qəbul edilmiş yazılı və şifahi göstərişlər, standartlar çərçivəsində həyata keçirmək.
Vəzifə öhdəlikləri:
- SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərinə, istismar qaydalarına, qurumun prosedurlarına riayət etmək;
- İş yerlərini təmiz saxlamaq, tullantıların idarəedilməsi proseduruna (EİP 02/10) riayət etmək. İş sahəsində lazımi materialların, alətlərin və avadanlıqların vaxtında təmin olunmasını həyata keçirmək. İş bitdikdən sonra iş yerini və alətləri təmiz saxlamaq, ətraf mühitin çirklənməsinin qarşısını almaq;
- Cari təmir çatışmazlıqlarını və nasazlıqlarını aradan qaldırmaq, əlavə quraşdırma, montaj işlərinin təlimat və standartlara uyğun edilməsi barədə rəhbərinin yazılı və ya şifahi şəkildə təqdim etdiyi təlimatlara riayət etmək;
- Yanğın, təbii fəlakətlər zamanı aldığı təlim və təyinata müvafiq olaraq müdaxilə etmək;
- İş saatından əlavə olaraq təcili çağırışlara cavab vermək və zərurət yarandığı halda qarşılıqlı razılaşma əsasında iş vaxtından əlavə, ehtiyac duyulduğu halda növbəli iş rejimində işləmək;
- Tələb olunan materialları və ehtiyat hissələrini anbardan çıxarmaq, materiallardan yerində, düzgün və qənaətlə istifadə etməklə verilmiş işləri vaxtında yerinə yetirmək;
- İnteqrasiya idarəetmə sistemləri fəaliyyətlərinə uyğun olaraq, birbaşa və ya dolayı yolla öz səlahiyyətləri daxilində olan, birlikdə planlaşdırma, tətbiq etmə, monitorinq və təkmilləşdirmə fəaliyyətlərini effektiv şəkildə həyata keçirmək;
- SAP sistemi üzərindən günlük və həftəlik işləri texniklər arasında bölüşdürmək, cari, əsaslı təmir bərpa sınaq-sazlama işlərini təşkil etmək və görülən işə (onun keyfiyyətinə) nəzarət etmək;
- SAP sistemi üzərindən yeni iş bildirişini yaratmaq, iş sifarişlərini yoxlamaq və lazımi tədbirləri görmək;
- Ehtiyat hissələrini müəyyən etmək və sifarişini SAP sistemi üzərindən izləmək;
- Statik avadanlıqların təmir işləri ilə əlaqədar həftəlik və aylıq hesabatları hazırlamaq;
- Statik avadanlıqlar üçün illik xərclərin büdcəyə uyğunluğunu izləmək;
- Hazırlanmış iş qrafikinə və onun mahiyyətinə uyğun olaraq tabeçiliyində olan işçilərin işlər üzrə bölüşdürülməsini təmin etmək, verilən tapşırıqların vaxtında başa çatdırılması üçün işləri daimi izləmək, nəzarəti altında olan işçilərin komanda kimi çalışmasını təmin etmək və bağlı olduğu rəhbərə hesabat hazırlamaq;
- Nəzarəti altında olan işçilərə lazımi təlimlər vermək, ehtiyac olan təlimlər haqqında məlumatı və aparılan təlimlərin qiymətləndirmə nəticəsini böyük mühəndisə vaxtında bildirmək;
- Məsuliyyəti altında çalışan şəxslərdən təkliflərin şərhi və onlar barədə öz rəhbərinə: mükafat, tanınma, təqdiretmə və cəzalandırma ilə bağlı qaydalara uyğun olaraq tövsiyələr vermək;
- Podratçı şirkətin statik avadanlıqlar ilə əlaqədar görəcəyi işlərinin düzgün yerinə yetirilməsinə nəzarət etmək;
- Qəza duruşlarında statik avadanlıqların nasazlıqlarını müvafiq təlimatlara əsasən ən qısa zaman çərçivəsində aradan qaldırılmasını həyata keçirmək;
- Mərkəzləşmiş təmir qaydalarına uyğun olaraq zavodda bütün qurğular üzrə fəaliyyət göstərmək;
- İşlədiyi struktur bölmələrdə bütün statik avadanlıqların təftişini, təmirinin önləyici və bərpaedici qaydalara, yoxlama siyahılarına və təlimatlara uyğun olaraq yerinə yetirməsini həyata keçimək;
- Zavodda baş verəcək korporativ mədəniyyət dəyişikliyinə töhfələr vermək, yeni işləmə prosesinə sürətli şəkildə uyğunlaşmaq.
Tələblər:
- Müvafiq sahə üzrə bakalavr təhsili (Mexanika mühəndisliyi və s.);
- Müvafiq sahə üzrə ən azı 5 il müvafiq iş təcrübəsi;
- İxtisasa uyğun olan diplom, beynəlxalq və yerli standartların tələblərinə cavab verən sertfikatlar;
- Mexaniki sxemləri və P&ID oxumağı bacarmalı;
- Kolonların, siyirtmələrin, qoruyucu klapanların, buxar tutucularının, müxtəlif növ istilik dəyişdiricilərin, tutumların və s. təftiş və təmir bacarığının olması;
- İngilis dili biliyi mükəmməl səviyyədə olmalı;
- Microsoft Office proqramları ilə işləmək bacarığı olmalı (Word, Excel, Power Point, Outlook).
İş yeri: Sumqayıt şəhəri
Müraciət forması:
Müraciət üçün uyğun namizədlərdən CV-lərini “mövzu” hissəsində vakansiyanın adını “Statik avadanlıqlar üzrə aparıcı mühəndis (Sumqayıt)” yazmaqlaelektron ünvanına göndərməyiniz xahiş olunur.
Son müraciət tarixi: 19.01.2024
Nəqliyyat və yükqaldırma əməliyyatları üzrə aparıcı mühəndis
Son tarix 20 yan 2024 [email protected]
Vəzifənin məqsədi:
- Avadanlıqların (qaldırıcı qurğular) və nəqliyyat vasitələrinin fasiləsiz və təhlükəsiz şəkildə fəaliyyətini təmin etmək və alətlərin sazlığını təmin etmək üçün təmirini planlanlayıb təşkil etmək.
Vəzifə öhdəlikləri:
- SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərinə, istismar qaydalarına, qurumun prosedurlarına riayət etmək;
- İş saatından əlavə olaraq təcili çağırışlara cavab vermək və zəruriyyət yarandığı halda iş vaxtından əlavə və ehtiyac duyulduğu halda növbəli iş rejimində işləmək;
- Yanğın və təbii fəlakətlər zamanı aldığı təlim və təyinata müvafiq olaraq müdaxilə etmək;
- Yükqaldırma avadanlıqlar, nəqliyyat vasitələrində profilaktik, texniki xidmət və təmir işlərinin planlarının yaradılması və icrasına nəzarət etmək;
- Zavodda podratçı şirkətin görəcəyi yük qaldırma işləri ilə bağlı iş siyahısının və texniki şərtnamələrin hazırlanması və işlərin yerinə yetirilməsinə nəzarət etmək;
- Yükqaldırma avadanlıqları və aksessuarları üçün planlaşdırılmış günlük, həftəlik və illik təmir və təftiş planlarını hazırlamaq;
- Yararsız yükqaldırma avadanlıqlarının və aksessuarlarının istismardan çıxarılmasını təmin etmək;
- Yükqaldırma avadanlıqlarının və aksessuarlarının serifkatlarının uyğunluğunu yoxlamaq və təmin etmək;
- Yük qaldırma planlarını yaratmaq;
- Nəqliyyat subpodratçısı ilə bağlı işləri idarə etmək və əlaqələndirmək;
- Sahədə bütün yükqaldırma fəaliyyətlərini idarə etmək və onlara rəhbərlik etmək;
- Bütün yük qaldırıcı avadanlıqların vəziyyətinə nəzarət etmək (məsələn: kranlar, avtoyükləyicilər, körpülü kranlar və s.);
- Avadanlıqların təmiri ilə bağlı fəaliyyətlərin planlaşdırılması üçün əraziyə səfərlər etmək;
- Kritik yük qaldırma fəaliyyətlərini əlaqələndirmək;
- Daşıma və qaldırma fəaliyyətləri ilə bağlı bütün texniki xidmət sahələrindən gələn tələbatı təmin etmək;
- Məsuliyyəti altında çalışan şəxslərdən təkliflərin şərhi və onlar barədə öz rəhbərinə məlumat vermək; mükafat, tanınma, təqdiretmə və cəzalandırma ilə bağlı proseduralara uyğun olaraq rəhbərinə tövsiyələr vermək;
- Nəzarəti altında olan işçilərə lazımi təlimlər vermək, rəhbərinə əlavə təlim tələbləri vaxtında bildirmək, onların iş fəaliyyətlərinə nəzarət etmək və qiymətləndirmə nəticələrini rəhbərinə bildirmək;
- İnteqrasiya idarəetmə sistemləri fəaliyyətlərinə uyğun olaraq, birbaşa və ya dolayı yolla öz səlahiyyətləri daxilində olan birliyi ilə əlaqəli planlaşdırma, tətbiq etmə, monitorinq və təkmilləşdirmə fəaliyyətlərini effektiv şəkildə həyata keçirmək;
- Yük qaldırma işləri ilə əlaqədar müxtəlif təlim materiallarını hazırlamaq, işçi heyətinə təlim keçmək;
- Zavodda baş verəcək korporativ mədəniyyət dəyişikliyinə töhfə vermək, yeni işləmə prosesinə sürətli şəkildə uyğunlaşmaq.
Tələblər:
- Müvafiq mühəndislik sahəsi üzrə bakalavr təhsili;
- Müvafiq sahə üzrə ən azı 8 il iş təcrübəsi;
- İxtisasa uyğun olan diplom, beynəlxalq və yerli standartların tələblərinə cavab verən sertfikatlar; (Appointed Person Crane, Appointed Person Rigging, Rigger OPITO Level 3, Banksman/Slinger, Rigging and Lifting, STCW)
- İşləri planlamaq və nəzarət etmək bacarığının olması;
- Yükqaldırma avadanlıqlarının təftişi haqqında məlumatlı olmalı;
- İngilis dili biliyi mükəmməl səviyyədə olmalı;
- Microsoft Office proqramları ilə işləmək bacarığı olmalı (Word, Excel, Power Point, Outlook).
İş yeri: Sumqayıt şəhəri
Müraciət forması:
Müraciət üçün uyğun namizədlərdən CV-lərini “mövzu” hissəsində vakansiyanın adını “Nəqliyyat və yükqaldırma əməliyyatları üzrə aparıcı mühəndis (Sumqayıt)” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur.
Son müraciət tarixi: 19.01.2024
Qaynaq üzrə aparıcı mühəndis
Son tarix 13 yan 2024 [email protected]
Vəzifənin məqsədi:
- Zavod ərazisində müvafiq sorğular üzrə qaynaq işlərini təşkil etmək, müvafiq prosedur, texnologiya, alət və avadanlıqlardan istifadə qaydalarını tətbiq edərək qaynaq istehsalatı sahəsinə dəstək vermək.
Vəzifə öhdəlikləri:
- İş Sağlamlığı, Təhlükəsizlik və Ətraf Mühit qaydalarına riayət etmək və iş standartlarına TSE-ISO-EN 9001, TSE-ISO-EN 14001, İSG OHSAS TS 18001 uyğun işləmək;
- Yanğın və təbii fəlakətlər zamanı aldığı təlim və təyinata müvafiq olaraq müdaxilə etmək;
- İşləyərkən əməyin mühafizəsi tədbirlərini həyata keçirmək və onlara əməl etmək, lazımi materialları və ehtiyat hissələrini anbardan çıxarmaq, materiallardan yerində, düzgün və qənaətlə istifadə etməklə verilmiş işləri vaxtında yerinə yetirmək, İş yerlərini təmiz saxlamaq, tullantıların idarəedilməsi proseduruna (EİP 02/10) riayət etməklə ətraf mühitin çirklənməsinin qarşısını almaq;
- Zavod (istehsal və emal sahəsi) üzrə danışıqlarda və toplantılarda iştirak etmək;
- Qaynaq ilə əlaqəli sorğuları öncədən incələmək və qaynaqla əlaqəli bütün məqamları gözdən keçirmək;
- Sorğular üzrə işə başlanmazdan əvvəl qaynaqla əlaqəli bütün sənədlər toplusunu, prosedur və təlimatların hazırlanması və tətbiqini həyata keçirmək;
- İstehsal prosesində mütəmadi olaraq nəzarətləri həyata keçirtmək və KN (Keyfiyyətə nəzarət ) şöbəsindən qaynaqla əlaqəli hesabatları tələb etmək və eyni zamanda səlahiyyətində olan qaynaqçıların bacarıqlarının yoxlanılması və aidiyyatı standartın tələbinə cavab verib-verməmələrini müəyyənləşdirmək;
- İstehsalın təşkilində qaynaqçı və qaynaq ustası mövqelərini və digər birbaşa qaynaq işi ilə bağlı vəzifələrini təyin etmək;
- Qaynaq prosedurlarının və qaynaqçı sertifikatlarının təyini, hazırlanması və sınaqlarının təyinini həyata keçirmək;
- İstehsalçı adından qaynaqla əlaqəli sənədlərin yoxlanılması, düzəlişlərin verilməsi, qaynaq xəritələrinin hazırlanması və ümümi qaynaqla bağlı tam proseslərə nəzarət və KN şöbəsinə qaynaqla əlaqəli proseslərin idarə olunması və hesabatların qaynaq mühəndisinə təmin etmək;
- Texniki tapşırıqları hazırlamaq və nəzərdən keçirmək; Sub-kontraktçını yoxlamaq; Qaynaqçıları yoxlamaq və sertifikatlaşdırmaq;
- İstehsalın planlaşdırılması ilə əlaqədar elementlər: qaynaq və müttəfiq proseslər üçün müvafiq prosedur xüsusiyyətlərinə istinad sənədlərini hazırlamaq və təşkil etmək; qaynaqların düzəldilmə ardıcıllığı və qaynaq xəritəsini hazırlamaq; ətraf mühit şəraiti (məsələn, külək, temperatur və yağışdan qorunma) nəzərə alınaraq qaynaq prosseslərini təmin etmək; ixtisaslı kadrları (qaynaqçı və qaynaq müfəttişləri) seçmək; istilik göstəriciləri daxil olmaqla qaynaqlarda əvvəlcədən istiliyin verilməsi və istilik vermə ilə tablanması üçün avadanlıqların təyini və prosedurların yazırlmasını həyata keçimək; İstehsal sınağını təşkil etmək; qaynaq sərf materiallarını izləmək, təyin etmək və sifariş etmək;
- İnteqrasiya idarəetmə sistemləri fəaliyyətlərinə uyğun olaraq, birbaşa və/və ya dolayı yolla öz səlahiyyətləri daxilində olan birliyi ilə əlaqəli planlaşdırma, tətbiq etmə, monitorinq və təkmilləşdirmə fəaliyyətlərini effektiv şəkildə həyata keçirmək;
- Mərkəzləşmiş təmir proseduruna uyğun olaraq zavodda bütün qurğular üzrə fəaliyyət göstərmək;
- Zavodda baş verəcək korporativ mədəniyyət dəyişikliyinə töhfə vermək, yeni işləmə prosesinə sürətli şəkildə uyğunlaşmaq.
Tələblər:
- Müvafiq sahə üzrə bakalavr və ya magistr təhsili (Materialşünaslıq və ya Metallurgiya mühəndisliyi və s.);
- Müvafiq sahə üzrə ən azı 6 il müvafiq iş təcrübəsi;
- IWE (International welding engineer) beynəlxalq standard IIW, IWE akkreditə olunmuş diplom olması üstünlükdür;
- EN İSO-14731 standartı üzrə kvalifikasiya olması üstünlükdür;
- Müvafiq səhə üzrə qaynaq prosedurlarını, texnoloji xəritələri hazırlaya bilməli;
- İngilis dili biliyi mükəmməl səviyyədə olmalı;
- Microsoft Office proqramları ilə işləmək bacarığı olmalı (Word, Excel, Power Point, Outlook).
İş yeri: Qaradağ rayonu
Müraciət forması:
Müraciət üçün uyğun namizədlərdən CV-lərini “mövzu” hissəsində vakansiyanın adını “Qaynaq üzrə aparıcı mühəndis (Qaradağ)” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur.
Son müraciət tarixi: 12.01.2024
Fırlanan avadanlıqlar üzrə çilingər
Son tarix 20 yan 2024 [email protected]
Vəzifənin məqsədi:
- Zavod ərazisində cavabdeh olduğu avadanlığın və texniki vasitələrin təmirini əvvəlcədən qəbul edilmiş yazılı və şifahi göstərişlər, standartlar çərçivəsində həyata keçirmək.
Vəzifə öhdəlikləri:
- SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərinə, istismar qaydalarına, qurumun prosedurlarına riayət etmək;
- Cari təmir çatışmazlıqlarını və nasazlıqlarını aradan qaldırmaq, əlavə quraşdırma, montaj işlərinin təlimat və standartlara uyğun edilməsi barədə rəhbərinin yazılı və ya şifahi şəkildə təqdim etdiyi təlimatlara riayət etmək;
- Təmir, quraşdırma zamanı tələb olunan bütün alət və avadanlıqlardan düzgün istifadə etmək;
- Yanğın, təbii fəlakətlər zamanı aldığı təlim və təyinata müvafiq olaraq müdaxilə etmək;
- İş saatından əlavə olaraq təcili çağırışlara cavab vermək və zərurət yarandığı halda qarşılıqlı razılaşma əsasında iş vaxtından əlavə, ehtiyac duyulduğu halda növbəli iş rejimində işləmək;
- Tələb olunan materialları və ehtiyat hissələrini anbardan çıxarmaq, materiallardan yerində, düzgün və qənaətlə istifadə etməklə verilmiş işləri vaxtında yerinə yetirmək;
- İş yerlərini təmiz saxlamaq, tullantıların idarəedilməsi proseduruna (EİP 02/10) riayət etməklə ətraf mühitin çirklənməsinin qarşısını almaq;
- İnteqrasiya idarəetmə sistemləri fəaliyyətlərinə uyğun olaraq, birbaşa və ya dolayı yolla öz səlahiyyətləri daxilində olan, birlikdə planlaşdırma, tətbiq etmə, monitorinq və təkmilləşdirmə fəaliyyətlərini effektiv şəkildə həyata keçirmək;
- Verilən iş tapşırıqlarını səmərəli, qüsursuz və etibarlı şəkildə yerinə yetirmək, müxtəlif tapşırıqlar üçün daim özünü təkmilləşdirmək, təlimlərdə fəallıq göstərmək, işi təhlükəsiz, yüksək keyfiyyətdə, işə icazə sənədlərinə uyğun olaraq xətasız görmək;
- Mərkəzləşmiş təmir proseduruna uyğun olaraq zavodda bütün qurğular üzrə fəaliyyət göstərmək;
- İşlədiyi struktur bölmələrdə bütün fırlanan avadanlıqların təftişinin, təmirinin önləyici və bərpaedici prosedurlara, yoxlama siyahılarına və təlimatlara uyğun olaraq yerinə yetirmək;
- İllik, aylıq, həftəlik təmir planlarındakı işləri proqrama uyğun həyata keçirmək;
- SAP programı üzərindən şirkət tərəfindən müəyyən edilmiş öhdəliklərin yerinə yetirmək;
- Zavodda baş verəcək korporativ mədəniyyət dəyişikliyinə töhfə vermək, yeni işləmə prosesinə sürətli şəkildə uyğunlaşmaq;
Tələblər:
- Mexanika sahəsi üzrə texniki təhsil (peşə, orta-ixtisas);
- Müvafiq sahə üzrə ən azı 1 il müvafiq iş təcrübəsi;
- Beynəlxalq və yerli standartların tələblərinə, təlimatlarına əsaslanaraq bütün fırlanan avadanlıqları sazlamaq və onlara xidmət etməyi bacarmaq;
- Yoxlanışlar aparmaq üçün hündürlükdə işləmək bacarığı;
- Fiziki olaraq tam sağlam olmalı.
İş yeri: Sumqayıt şəhəri
Müraciət forması:
Müraciət üçün uyğun namizədlərdən CV-lərini “mövzu” hissəsində vakansiyanın adını “Fırlanan avadanlıqlar üzrə çilingər (Sumqayıt)” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur.
Son müraciət tarixi: 19.01.2024
Elektrik
Son tarix 13 yan 2024 [email protected]
Vəzifənin məqsədi:
- Zavod ərazisində istifadə olunan cavabdeh olduğu sahə üzrə elektrik avadanlıqları və mexanizmlərinin texniki xidmət və təmir işlərini verilən proqram, təlimat və standartlara uyğun olaraq yerinə yetirilməsini təmin etmək.
Vəzifə öhdəlikləri:
- SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərinə, istismar qaydalarına, qurumun prosedurlarına riayət etmək;
- Cari təmir, çatışmazlıqları və nasazlıqları aradan qaldırmaq, əlavə quraşdırma və montaj işlərinin təlimat və standartlara uyğun edilməsi barədə rəhbərinin yazılı və ya şifahi şəkildə təqdim etdiyi təlimatlara riayət etmək;
- Yanğın və təbii fəlakətlər zamanı aldığı təlim və təyinata müvafiq olaraq müdaxilə etmək;
- İş saatından əlavə olaraq təcili çağırışlara cavab vermək və zərurət yarandığı halda qarşılıqlı razılaşma əsasında iş vaxtından əlavə, ehtiyac olduğu halda növbəli iş rejimində işləmək;
- Tələb olunan materialları və ehtiyat hissələrini anbardan çıxarmaq, materiallardan yerində, düzgün və qənaətlə istifadə etməklə verilmiş işləri vaxtında yerinə yetirmək;
- İş yerlərini təmiz saxlamaq, iş prosesi zamanı təhlükəsizlik qaydalarına əməl etməklə, görülən işləri keyfiyyətlə yerinə yetirmək və tullantıların idarəedilməsi proseduruna (EİP 02/10) riayət etməklə ətraf mühitin çirklənməsinin qarşısını almaq;
- İnteqrasiya idarəetmə sistemləri fəaliyyətlərinə uyğun olaraq, birbaşa və/və ya dolayı yolla öz səlahiyyətləri daxilində olan birliyi ilə əlaqəli planlaşdırma, tətbiq etmə, monitorinq və təkmilləşdirmə fəaliyyətlərini effektiv şəkildə həyata keçirmək;
- Verilən iş tapşırıqlarını səmərəli, qüsursuz və etibarlı şəkildə yerinə yetirmək, müxtəlif tapşırıqlar üçün daima özünü təkmilləşdirmək, təlimlərdə fəallıq göstərmək, işi təhlükəsiz, yüksək keyfiyyətdə, işə icazə sənədlərinə uyğun olaraq xətasız görmək;
- Mərkəzləşmiş təmir prinsipinə uyğun olaraq zavodda bütün qurğular üzrə fəaliyyət göstərmək;
- İşlədiyi struktur bölmələrdə bütün elektrik avadanlıqların təftiş və təmirini önləyici, qabaqlayıcı və bərpaedici prosedurlara, yoxlama siyahılarına və təlimatlara uyğun olaraq yerinə yetirmək;
- İllik, aylıq, həftəlik təmir planlarındakı işləri proqrama uyğun həyata keçirmək;
- SAP programı üzərindən şirkət tərəfindən müəyyən edilmiş öhdəliklərin yerinə yetirmək;
- Zavodda baş verəcək korporativ mədəniyyət dəyişikliyinə töhfə vermək, yeni işləmə prosesinə sürətli şəkildə uyğunlaşmaq.
Tələblər:
- Elektrik üzrə texniki təhsil (Peşə, orta-ixtisas və s.);
- Müvafiq sahə üzrə ən azı 1 il müvafiq iş təcrübəsi;
- Beynəlxalq və yerli standartların tələblərinə, təlimatlara əsaslanaraq bütün qurğularda və elektrik yarımstansiyalarında olan elektrik avadanlıqlarını sazlamaq və onlara xidmət etməkdən ibarətdir;
- Yüksək və alçaq gərginlikli elektrik açarlarının, paylayıcı qurğuların, transformatorların, Elektrik mühərriklərinin, Dizel Generatorlarının və digər elektrik avadanlıqların işləmə prinsiplərini bilməli, zavodun elektrik təhcizatı sisteminə aid olan bütün növ elektrik sxemləri, diagramları oxumağı və anlamağı bacarmalı, zavodun elektrik təhcizatı sisteminə aid olan bütün elektrik avadanlıqlarının təmirini, bərpasını, sınaq-sazlama işlərini yerinə yetirə bilməlidir;
- Yüksək və alçaq gərginlikli elektrik avadanlıqlarında elektrik əməliyyatlarının aparılmasını nəzəri və praktiki olaraq bilməlidir.
İş yeri: Qaradağ rayonu
Müraciət forması:
Müraciət üçün uyğun namizədlərdən CV-lərini “mövzu” hissəsində vakansiyanın adını “Elektrik (Qaradağ)” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur.
Son müraciət tarixi: 12.01.2024
NÖC və avtomatika üzrə aparıcı mühəndis
Son tarix 13 yan 2024 [email protected]
Vəzifənin məqsədi:
- Zavod ərazisində cavabdeh olduğu avadanlığın və texniki vasitələrin təmirini əvvəlcədən qəbul edilmiş yazılı və şifahi göstərişlər, standartlar çərçivəsində həyata keçirmək.
Vəzifə öhdəlikləri:
- SƏTƏM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi) standartlarına, qanunla müəyyənləşdirilmiş tələblərinə, istismar qaydalarına, qurumun prosedurlarına riayət etmək;
- İş yerlərini təmiz saxlamaq, tullantıların idarəedilməsi proseduruna (EİP 02/10) riayət etmək. İş sahəsində lazımi materialların, alətlərin və avadanlıqların vaxtında təmin olunmasını həyata keçirmək. İş bitdikdən sonra iş yerini və alətləri təmiz saxlamaq, ətraf mühitin çirklənməsinin qarşısını almaq;
- Cari təmir, çatışmazlıqları və nasazlıqları aradan qaldırmaq, əlavə quraşdırma və montaj işlərinin təlimat və standartlara uyğun edilməsi barədə rəhbərinin yazılı və ya şifahi şəkildə təqdim etdiyi təlimatlara riyaət etmək;
- Yanğın və təbii fəlakətlər zamanı aldığı təlim və təyinata müvafiq olaraq müdaxilə etmək;
- İş saatından əlavə olaraq təcili çağırışlara cavab vermək və zərurət yarandığı halda qarşılıqlı razılaşma əsasında iş vaxtından əlavə, ehtiyac olduğu halda növbəli iş rejimində işləmək;
- Tələb olunan materialları və ehtiyat hissələrini anbardan çıxarmaq, materiallardan yerində, düzgün və qənaətlə istifadə etməklə verilmiş işləri vaxtında yerinə yetirmək;
- İnteqrasiya idarəetmə sistemləri fəaliyyətlərinə uyğun olaraq, birbaşa və/və ya dolayı yolla öz səlahiyyətləri daxilində olan birliyi ilə əlaqəli planlaşdırma, tətbiq etmə, monitorinq və təkmilləşdirmə fəaliyyətlərini effektiv şəkildə həyata keçirmək;
- SAP sistemi üzərindən günlük və həftəlik işlərin texniklər arasında bölüşdürülməsi, cari, əsaslı təmir bərpa sınaq-sazlama işlərini təşkil etməli və görülən işə (onun keyfiyyətinə) nəzarət etmək;
- SAP sistemi üzərindən yeni iş bildirişini yaratmaq, iş sifarişlərini yoxlamaq və lazımi tədbirləri görmək;
- Ehtiyat hissələri müəyyən etmək və sifarişini SAP sistemi üzərindən izləmək;
- NÖC və avtomatika avadanlıqlarının təmir işləri ilə əlaqədar həftəlik və aylıq hesabatları hazırlamaq;
- NÖC və avtomatika təmiri bölməsinin illik xərclərini büdcəyə uyğunluğunu izləmək;
- Hazırlanmış iş qrafikinə və onun mahiyyətinə uyğun olaraq tabeçiliyində olan işçilərin işlər üzrə bölüşdürülməsini təmin etmək, verilən tapşırıqların vaxtında başa çatdırılması üçün işləri daimi izləmək, nəzarəti altında olan işçilərin komanda kimi çalışmasını təmin etmək və bağlı olduğu rəhbərə hesabat hazırlamaq;
- Nəzarəti altında olan işçilərə lazımi təlimlərin verilməsi, ehtiyac olunan təlimlər haqqında məlumatı və aparılan təlimlərin qiymətləndirmə nəticəsini böyük mühəndisə vaxtında bildirmək;
- Nəzarəti altında olan işçilərə lazımi təlimlər vermək, rəhbərinə əlavə təlim tələbləri vaxtında bildirmək, onların iş fəaliyyətlərinə nəzarət etmək və qiymətləndirmə nəticələrini rəhbərinə bildirmək;
- Məsuliyyəti altında çalışan şəxslərdən təkliflərin şərhi və onlar barədə öz rəhbərinə məlumat vermək; mükafat, tanınma, təqdiretmə və cəzalandırma ilə bağlı qaydalara uyğun olaraq tövsiyələr vermək;
- Podratçı şirkətin görəcəyi NÖC və avtomatika üzrə təmir işləri ilə bağlı iş siyahısının və texniki şərtnamələrin hazırlanması və işlərin yerinə yetirilməsinə nəzarət etmək;
- Qəza duruşlarında NÖC və avtomatika vasitələrinin nasazlıqlarını müvafiq təlimatlara əsasən ən qısa zaman çərçivəsində aradan qaldırmaq;
- Mərkəzləşmiş təmir proseduruna uyğun olaraq zavodda bütün qurğular üzrə fəaliyyət göstərmək;
- İşlədiyi struktur bölmələrdə bütün NÖC və avtomatika üzrə avadanlıqların təftiş və təmirini önləyici, qabaqlayıcı və bərpaedici prosedurlara, yoxlama siyahılarına və təlimatlara uyğun olaraq nəzarət etmək;
- Zavodda baş verəcək korporativ mədəniyyət dəyişikliyinə töhfə vermək, yeni işləmə prosesinə sürətli şəkildə uyğunlaşmaq.
Tələblər:
- Müvafiq sahə üzrə bakalavr və ya magistr təhsili (Elektrik, Elektronika və Avtomatika mühəndisliyi və s.);
- Müvafiq sahə üzrə ən azı 5 il müvafiq iş təcrübəsi;
- Istifadə olunan NÖC və avtomatika cihazlarının və idarəetmə klapanlarının işləmə prinsiplərini, DCS, ESD, F&G kimi idarə etmə sistemlərinin əsaslarını bilməli, proses P&ID sxemlərini, sxematik diaqramları oxuyub anlamağı bacarmalı, texniki sənədlər hazırlamağı bacarmalı;
- NÖC və avtomatik idarəetmə vasitələrinin uçotunu, onların müəyyən edilmiş müddətdə yoxlanılmasını və baxışın keçirilməsini, nəzərdə tutulmuş standartlara və texniki şərtlərin tələblərinə uyğun gətirilməsinə nəzarət etməli, idarəetmə otaqlarında istifadə olunan PLC, HMI və DCS üçün lazım olan aparat və proqram təminatı reviziyalarının edilməsini (C300 & HC900 Honeywell, Siemens S7-400, HMI üçün alqoritmin, məntiqin və operator interfeyslərinin yaradılmasını/dəyişdirilməsini) bilməli;
- İngilis dili biliyi mükəmməl səviyyədə olmalı;
- Microsoft Office proqramları ilə işləmək bacarığı olmalı (Word, Excel, Power Point, Outlook).
İş yeri: Qaradağ rayonu
Müraciət forması:
Müraciət üçün uyğun namizədlərdən CV-lərini “mövzu” hissəsində vakansiyanın adını “NÖC və avtomatika üzrə aparıcı mühəndis (Qaradağ)” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur.
Son müraciət tarixi: 12.01.2024
Taxtabənd işləri üzrə texnik
Son tarix 13 yan 2024 [email protected]
Vəzifənin məqsədi:
- Zavod ərazisindəki taxtabənd işlərinin təşkili və nəzarət edilməsini təmin etmək.
Vəzifə öhdəlikləri:
- Taxtabənd üzrə Podratçıların BS, EN 12810:12811:12812- EN39- EN338 standartlarına uyğun normalarla çalışmasına nəzarət etmək;
- Layihələr üçün taxtabənd prosedurunu və standartını hazırlamaq və nəzərdən keçirmək;
- Şirkət işçiləri və podratçılar üçün təhlükəsiz taxtabənd təlimi tələb etmək;
- Taxtabənd prosedurunun icrasına nəzarət etmək və davam edən yoxlamanı tamamlamaq;
- Layihə daxili taxtabənd riskinin qiymətləndirilməsini həyata keçirmək;
- Taxtabənd işləri üçün iş metodunu hazırlamaq və nəzərdən keçirmək;
- Podratçının taxtabənd materialını və şəxsi sertifikatını nəzərdən keçirmək;
- Podratçının taxtabənd alətlərini və şəxsi bacarıqlarını qiymətləndirmək və yoxlamaq;
- Sahədə podratçıların bütün iş sahələrinə nəzarət etmək;
- Podratçıların taxtabənd metodu və bəyanatının nəzərdən keçirilməsini icra etmək;
- Təhlükəsizlik auditində taxtabənd üçün təkmilləşdirmə və s. ideyalar təqdim etmək;
- Rəhbərlik tərəfindən verilən taxtabənd tapşırıqlarını planlaşdırıb vaxtında icra etdirmək;
- Podratçılarla, eləcə də müqavilə sahibi ilə koordinasiyalı şəkildə çalışmaq;
- Müvafiq hallarda maddi tələblərin artırılmasına cavabdehlik etmək;
- Tikinti komandasının iş sahəsində fəaliyyətlərin planlaşdırılmasına cavabdehlik etmək;
- Tələb olunduqda hər hansı digər müvafiq vəzifə və öhdəliklərin yerinə yetirilməsinə köməklik göstərmək;
- Təhlükəsiz iş mühitini təmin etmək üçün təhlükəsizlik siyasətlərinin və prosedurlarının başa düşülməsini və mümkün qədər praktiki olaraq riayət olunmasını təmin etmək;
- Təyin olunmuş bütün tapşırıqları lazımi peşəkar səy və qayğı ilə ən yüksək peşəkar standartlara uyğun şəkildə yerinə yetirmək.
Tələblər:
- Orta təhsil (Müvafiq sahə üzrə peşə, orta-ixtisas təhsili üstünlükdür);
- Müvafiq sahə üzrə ən azı 5 il müvafiq iş təcrübəsi;
- Hündürlükdə işləmək bacarığı;
- Yaxşı səviyyədə fiziki hazırlığı olmalı;
- Sağlamlıq və təhlükəsizlik haqqında məlumatlı olmalı;
- Texniki təsvirləri və planları başa düşmək bacarığı;
- Yaxşı yazılı və şifahi ünsiyyət bacarıqları.
İş yeri: Qaradağ rayonu
Müraciət forması:
Müraciət üçün uyğun namizədlərdən CV-lərini “mövzu” hissəsində vakansiyanın adını “Taxtabənd işləri üzrə texnik (Qaradağ)” yazmaqla elektron ünvanına göndərməyiniz xahiş olunur.
Son müraciət tarixi: 12.01.2024