Vakansiyalar

"Rabitəbank" işçi axtarır - VAKANSİYA

"Rabitəbank" işçi axtarır - VAKANSİYA | FED.az
20:12 19 Mart 2020

FED.az xəbər verir ki, "Rabitəbank" xəzinədar vəzifəsinə vakansiya elan edir.

Eləcə də bax: "Veysəloğlu Şirkətlər Qrupu" işçi axtarır - VAKANSİYA

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

- Nağd pul və qiymətlilərlə aparılan əməliyyatların müvafiq normativ aktlarına və bankın daxili qaydalarına uyğun aparılmasını təmin etmək;

- Nağd pul və digər qiymətlilərlə bağlı bağlı aparılmış əməliyyatlar barədə müəyyən olunmuş formalarda hesabatlar hazırlamaq;

- Kassa sənədlərinin və xəzinədəki vəsaitlərin həqiqiliyini təmin etmək;

- Xəzinədə həyata keçirilən mədaxil - məxaric əməliyyatlarını bankın əməliyyat sistemində əks etdirmək.

VƏZİFƏYƏ OLAN TƏLƏBLƏR:

- Ali təhsil;

- Sahə üzrə 1 illik iş təcrübəsi;

- Pul və qiymətlilərlə işləmə qabiliyyəti;

- Məsuliyyətlilik, dəqiqlik, çeviklik və təzyiqə davamlılıq;

- Komanda tərkibində və fərdi şəkildə işləmə qabiliyyəti;

- MS Excel proqramında işləmə bacarığı.

Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini  [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Xəzinədar ” göstərməyiniz xahiş olunur.

Digər xəbərlər