FED.az xəbər evrir ki, “Rabitəbank” Marketinq Departamentinin Rəqəmsal Məhsullar üzrə Menecer vəzifəsi üzrə vakansiya elan edir.
Eləcə də bax: "AFB Bank" işçilər axtarır - VAKANSİYALAR
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
İnternet Bankçılıq, Mobil Bankçılıq və Çat Bot məhsullarının yaradılması, təkmillməşdirilməsi və satışının təmin olunması;
Məhsulların funksionallığının artırılması istiqamətində işçi qrupunun fəaliyyətində birbaşa iştirak etmək və prosesə nəzarət etmək;
Məhsullara uyğun testlərin həyata keçirilməsi, nəticələrin təhlili və monitorinqinin aparılması;
Kartmane məhsulunun Mobil Bankçılıq və İnternet Bankçılığa inteqrasiyasının təmin olunması, nəzarət edilməsi, əlavə və dəyişikliklərin edilməsi;
Rəqəmsal məhsulların kontent işinin aparılması;
Marketinq departamentin fəaliyyət prosesində qanunvericiliyə uyğun olaraq xidməti məlumatların, dövlət və kommersiya sirrinin qorunmasını təmin etmək;
Marketinq departamentinin icra etdiyi iş sahəsində bankdaxili normativ sənədlərin layihələrinin hazırlanmasında birbaşa və ya dolayısı ilə iştirak etmək;
Sahəyə uyğun olaraq iş planının hazırlanması və görülən işlərlə bağlı hesabatların verilməsi;
Fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
VƏZİFƏYƏ OLAN TƏLƏBLƏR:
İqtisadi, biznes və ya maliyyə sahəsində ali təhsilin olması;
Marketinq və ya məhsul inkişafı sahəsində ən az 2 – illik iş təcrübəsinin olması;
MS Office proqramında yüksək səviyyədə işləmək bacarığının olması;
Dil bilikləri: Azərbaycan, Rus və İngilis;
Komandada və fərdi işləmək qabiliyyətinin olması;
Məsuliyyətli, işgüzar və komunnikasiya qabiliyyətinə malik olmaq.
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Rəqəmsal Məhsullar” göstərməyiniz xahiş olunur.
ƏLAQƏ VASİTƏLƏRİ:
E-mail: [email protected]
Telefon: (012) 598 44 88
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33