FED.az xəbər verir ki, "Rabitəbank" Riteyl Kreditlər Departamentinin Partnyorlarla İş Şöbəsinin Aparıcı mütəxəssisi vəzifəsi üzrə vakansiya elan edir.
Eləcə də bax: "Bank BTB" işçi axtarır - VAKANSİYA
VƏZİFƏ ÖHDƏLİKLƏRİ:
- Bankla partnyor, qeyri-partnyor olan təşkilatlara vizitlərin edilməsi və potensial müştərilərlə görüşlərin təşkili;
- Potensial müştərilərə bank məhsulları barədə təqdimatın keçirilməsi və müştəri tələbinin formalaşdırılması;
- Bank məhsullarını əldə etmək istəyən potensial müştərilərin müəyyən edilməsi, ilkin təhlili, qiymətləndirilməsi və Bankın filiallarına yönləndirilməsi;
- Bank məhsullarını əldə etmiş müştərilərin məmnuniyyət dərəcəsinin ölçülməsi və həmin müştərilər vasitəsilə digər potensial müştərilərin cəlbi imkanlarının dəyərləndirilməsi;
- Satış prosesi və bazar araşdırması ilə bağlı müvafiq hesabat və təqdimatların hazırlanması.
VƏZİFƏYƏ OLAN TƏLƏBLƏR:
- Ali təhsil;
- Yüksək ünsiyyətqurma və təqdimetmə bacarığı;
- Bazar araşdırması prosesinin təşkili bacarığı;
- Komanda tərkibində işləmək bacarığı;
- Əla səviyyədə Azərbaycan və Rus dili biliyi (ingilis dili biliyi arzuolunandır);
- Operativ, məsuliyyət, düzgünlük, dəqiqlik, detallara diqqət yetirmək qabiliyyəti;
- Sahə üzrə 2 illik iş təcrübəsi
Göstərilən tələblərə cavab verən namizədlər öz CV-lərini [email protected] elektron ünvanına göndərə bilərlər. Müraciət etdiyiniz vəzifənin adını email-in mövzu hissəsində “Partnyorlarla İş” göstərməyiniz xahiş olunur.
ƏLAQƏ VASİTƏLƏRİ:
E-mail: [email protected]
Telefon: (012) 598 44 88
Ünvan: Bakı şəhəri, AZ 1010, 28 May küçəsi 33