Zayam Technologies Park OJSC
Satınalma üzrə Baş mütəxəssis
Son tarix 01 dek 2024 - [email protected]
Tələblər:
- Ali təhsil,
- Müvafiq sahədə ən az 3 il iş təcrübəsi,
- MC Office proqramlarında işləmək bacarığı,
- Daxili bazardakı tədarükçülər haqqında zəngin informasiya,
- Stresə davamlılıq, tapşırıqları və alışları müəyyən edilən vaxt ərzində yerinə yetirmə qabiliyyəti, komanda şəklində işləmə bacarığı,
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq,
- Mühəndislik biliyi olanlara üstünlük veriləcəkdir.
- Rus dili biliyi olanlara üstünlük veriləcəkdir.
- Metal alışlarında və podratçılar ilə işləmə təcrübəsi olanlara üstünlük veriləcəkdir.
İş öhdəlikləri:
- Daxili satınalma proseduruna uyğun olaraq mal-material və xidmətlərin alışı;
- Daxili satınalma proseduruna uyğun olaraq bazar araşdırmalarının edilməsi;
- Verilən tapşırıqların prosedur qaydalarına uyğun olaraq bəlirlənən vaxt ərzində icra edilməsi;
- Daxili satınalma proseduruna uyğun olaraq alış sənədlərinin və bazar arşdırmalarının arxivlənməsinin təmin edilməsi;
- Verilən tapşırığa əsasən müvafiq hesabat formalarının tərtib edilməsi;
İş qrafiki:
- 5 günlük iş rejimi
- 09:00-18:00 iş saatları
- 13:00-14:00 nahar fasiləsi
Qeyd: Cəmiyyət tərəfindən nahar pulu ödənilir.
Əmək haqqı razılaşma yolu ilə.
İş yeri : Bakı şəh., Binəqədi ray., Əhməd Rəcəbli 276
Şirkət haqqında: Zəyəm Texnologiyalar Parkı müxtəlif növ metal konstruksiyalar o cümlədən fermalar, piyada keçidləri,metal körpü estakadalar,silolar, kalonlar və dayaqlar, bina fasadları üçün çərçivələr, müxtəlif növ beton qəliblər, üç və dörd gövdəli kotanlar,bina ,tunel,yol tikintisində istifadə olunan texnikalar üçün (kranlar,ekskavatorlar,qreyderlər,buldozerlər) ehtiyat hissələri(vallar,oxlar,dişli çarxlar,muftalar,oymaqlar ) və s. istehsalı ilə məşğuldur.
Haqqımızda məlumatı www.azmade.az və www.ztp.az rəsmi vebsaytlarından ala bilərsiniz.
Tələblərə uyğun olan namizədlər öz CV-lərini başlığa “Satınalma üzrə Baş mütəxəssis” yazaraq elektron poçt ünvanına göndərə bilərlər.
Tələblərə uyğun olan namizədlərlə əlaqə saxlanılacaqdır.