Veysəloğlu Şirkətlər Qrupu
Sistem İnfrastrukturu Şöbə Müdiri
Son tarix 25 iyl 2024 - [email protected]
Vəzifə öhdəlikləri:
- Şöbənin fəaliyyət istiqamətləri üzrə işini təşkil edib, işinin təkmilləşdirilməsi ilə bağlı təkliflər vermək.
- Bulud və Lokal informasiya sistemlərini, servislərini quraşdırmaq və köklənməsi işini təşkil etmək.
- Əlaqəli İT layihələrdə iştirak etmək, server infrastrukturunun, informasiya resurslarının seçilməsi, qurulması, dəstəklənməsi metodu barədə təkliflər vermək.
- Server infrastrukturuna və informasiya resurslarına nəzarət və təkmilləşmə işlərində dəyişikliklərin idarə olunması prosesini və icra mexanizmlərini tətbiq etmək.
- Serverlərinin sayının, yerləşməsinin, əməliyyat sistemlərinin optimallaşmasının, effektivliyinin və səmərəliliyinin artırılması, təmini üzrə təkliflər vermək.
- Şirkətdə kritik serverlərin və informasiya resurslarının müəyyən edilməsi və təsnifləşdirilməsi üzrə təkliflər vermək.
- Serverlərin təhlükəsizlik standartlarına uyğun dəstəklənməsi işində iştirak etmək
- Server infrastrukturunda insidentlərin diaqnostikası və aradan qaldırılması prosesini təşkil etmək.
- Serverlər və informasiya resurslarında risklərin qiymətləndirilməsi prosesində iştirak etmək.
- İT İdarəçilik üzrə qayda və prosedurları işində tətbiq etmək.
- Şirkətin əməliyyatlarının dayanıqlığı və qəzalardan bərpa planlaşdırılmasında, testləşdirilməsində və icrasında iştirak etmək.
- Fəaliyyət istiqaməti üzrə şöbəyə daxil olan ərizə, təklif və şikayətləri araşdırmaq və cavablandırmaq
- Şöbənin məsuliyyət zonasına düşən sahələrdə informasiya təhlükəsizliyinin qorunması üçün müvafiq tədbirlər görmək.
- Şöbə əməkdaşlarının vəzifə təlimatına əsasən funksiyalarının icrasına nəzarət etmək.
- Şöbə əməkdaşlarının təlimini, maarifləndirilməsini və peşəkarlıqlarının artırlmasını təşkil etmək.
Tələblər:
- Windows Server sistemləri və Servisləri üzrə biliklər:
- Active Directory, IIS, WSUS, DNS, DHCP, Failover Cluster, PKI, ADFS, File Server, DFS, RDS, WDS, NPAS, ADCS və s.
- Linux Əməliyyat sistemləri və Servisləri üzrə biliklər
- Cloud Sistemləri üzrə biliklər:
- Azure Active Directory, Azure RBAC, VM, NSG, Monitoring, Log Analytics, Automation, Web Apps, Application Gateway, Azure Advisor, Azure Conditional Access və s.
- Microsfot 365 üzrə biliklər:
- Exchange Online, Sharepoint, Security and Compliance, One Drive, Teams
- Virtuallaşdırma üzrə biliklər:
- VMware – ESXI, DSW, SW, Cluster, HA, SRM (Disaster Recovery)
- Fiziki resurslar üzrə biliklər:
- Fiziki Server, Storage, SAN Switch, Cluster, HA
- Scripting üzrə biliklər:
- Powershell Scripting
Karyerasını bizimlə davam etmək istəyən namizədlər mövzu hissəsində “Sistem infrastrukturu şöbə müdiri” yazmaqla, öz CV-lərini [email protected] və job.veyseloglu.az ünvanına göndərə bilərlər.
Senior Auditor
Son tarix 25 iyl 2024 - [email protected]
Öhdəliklər:
- Audit layihəsinin icrasında birbaşa məsul şəxs qismində fəaliyyət göstərmək.
- Audit subyektində maliyyə və əməliyyat risklərini, o cümlədən fırıldaqçılıq riskini qiymətləndirmək.
- Audit layihəsinin əhatə dairəsini, audit proqramının hazırlanmasını və xətti rəhbərlə razılaşdırmaq.
- Audit müşahidələrinin, risk göstəricilərinin, tövsiyyələrin təqdim olunduğu ilkin audit hesabatını hazırlamaq.
- Tabeçiliyində olan daxili auditorlar tərəfindən həyata keçirilən işləri dövri olaraq yoxlamaq
- Tabeçiliyində olan daxili auditorların fəaliyyətinin qiymətləndirilməsi və onların iş və bacarıqlarının təkmilləşdirilməsi üçün tövsiyyələr vermək
- Nəzarət sistemlərinin efektivliyini və səmərəliliyini qiymətləndirmək
- Nəzarət sistemlərində olan boşluqları müəyyən etmək və müvafiq audit müşahidələrini ətraflı təsvir etmək
- Maliyyə hesabatlarının qəbul olunmuş standartlara və/və ya Qrupun uçot/hesabatlılıq qaydalarına uyğun hazırlanmasını yoxlamaq
- Müəyyən edilmiş audit müşahidələrinin dəstəkləyici dəlillərini və hesablamalarını əldə etmək və qaydalara uyğun sənədləşdirmək
- Audit prosedurlarının icrasının və sənədləşdirilməsinin qüvvədə olan Daxili Audit təlimatlarına və qaydalarına uyğun aparılmasını təmin etmək
- Birbaşa rəhbər tərəfindən verilən digər tapşırıqları icra etmək üzrə profilaktik və gündəlik işləri icra etmək.
Tələblər:
- Ali iqtisadi təhsil;
- Daxili və ya xarici audit, pərakəndə satış və istehsalat sektorlarında 3 il maliyyə, mühasibatlıq, büdcə və hesabatlılıq təcrübəsi;
- Yüksək analitik təhlil, ünsiyyət və kollektivdə işləmək bacarığı;
- Mühasibat uçotu və hesabatlılıq üzrə nəzəri biliklər;
- Azərbaycan dilində yüksək yazılı və şifahi ünsiyyət bacarığı (İngilis dili biliyi üstünlükdür);
- Microsoft Excel proqramında sərbəst işləmək bacarığı (Power BI bilikləri üstünlükdür);
- Certified Internal Auditor (CIA) və ya ACCA üzrə bir və ya bir neçə imtahanın keçilmiş olması üstünlükdür.
Maraqlananlar vakansiya ilə bağlı CV-lərini “Senior Auditor” başlığı altında [email protected] və job.veyseloglu.az ünvanına göndərə bilərlər.